"İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon yeni iş yeri yaradılıb" - Əli Əhmədov

"Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1,9 milyon yeni iş yeri yaradılıb".

"APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda məşğulluq dövlət strategiyasının əsasını təşkil edir.

"Son 15 il ərzində Azərbaycan əhalisi 1,5 milyon nəfər artıb. Bütövlükdə ölkəmizdə əhalinin illik artımı 120-125 min nəfərdir. Bu da hər il əmək bazarına bu qədər və bundan çox iş qüvvəsinin daxil olması deməkdir. Azərbaycan hökuməti yeni iş yerlərinin açılması, insanların layiqli işlə təmin olunması məsələsini gündəmdə saxlayır. Ölkədə işsizlik 5 faizdir. Bu, elə böyük rəqəm deyil. Əhalinin artımı ilə əlaqədar olaraq Azərbaycanda iş yerlərinin artırılması məsələsi gündəmdədir. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 5 milyona yaxındır. 4,5 milyona yaxın insan isə əməyə cəlb olunan, işləyən əhalidir. Bunlardan 1,3 milyonu isə əmək müqaviləsi bağlamış işçilərdir",- deyə Ə.Əhmədov bildirib.

635x100

Şərhlər

Isa 2018-05-25 15:29:06

Prezident and icmesinden sonra Rusiyanin TASS IA-ne (18.04.2018) verdiyi musahibede: Son 15 ilde 1 milyon 4oo min ish yeri yaradilib.YAP-n icraci katibi,bash nazirin muavini duzelish verir:...1,9 milyon ish yeri yaradilib?!. 0,5 milyon ish yeri ferqi neyin mesajidir?

Matematika müəllimi. 2018-05-25 15:29:06

Möhtərəm prezident Prezident təyin olunanda ölkədə əhalinin ümumi sayı və işləyənlərin sayı nə qədər olub?İşsizlər nə qədəri təşkil edirdi? Əli müəllim görəsən hesab dərslərini necə oxuyub? Bu gün Azərbaycanda nə qədər əhali qalıb,onlardan nə qədəri işlə təmin olunub?Bu iki zaman işləyənlərin sayını müqayisə et.Gör 1900 000 nəfər alınırmı? Qəti alınmayacaq. mənfi saldo ,yəni işləyənlərin sayı azalıb. Bəs bu boyda rəqəmO zaman sual olunur: Niyə hörmətli Əli müəllim yalan danışıb,baş aldadır? Ayıb deyilmi?

kluni 2018-05-25 15:29:06

Körpülərin sayını artırsanız "Altındakı iş yerlərinin sayı" Kitaydakılarına bəs edəcək. Utanmadan danışırlar da elə. ....

ewder 2018-05-25 15:29:06

yaxwi naqildi

Şərhçi Bədəli Məğrura 2018-05-25 15:29:06

Siz həqiqətən şərhinizdə düzgün qeyd edirsiniz ki,əsas iş yerlərini pensiyaya çıxan polis orqanlarının işçiləri tutur. Polis işçisi pensiyaya çıxırsa,o işləsədə olar,işləməsədə,çünki o yüksək məbləğdə dövlətdən pensiya alır,ən azından 800-1000 manat,bu məbləğnən rahat dolanmaq olar.Yüksək pensiya alan adamı işə götürməkdən,başqasını işə götürsələr,əhalinin bir qisminin yoxsulluq səviyyəsinin aradan qaldırılmasına və işsizliyin sayının azalmasına gətirib çıxara bilər. Aidiyyatı orqanlar nəzarət etməlidir.

azer 2018-05-25 15:29:06

qəbul imtahanlari pulsuz olmalıdır.ya da indiki qiymətlər çox bahadır.Tibbi sığortanın tətbiqini surətləndirmək lazımdır

vetendas 2018-05-25 15:29:06

..... Bir sozu( ozude yalani) Ne qeder tekrar etmek olar?

Bədəlli Məğrur, DİN-in Qarabağ əlili 2018-05-25 15:29:06

Yeni iş yerlərinə "köhnə" -pensiyaçı polis rəisləri təyin olunur. Eləcə də, hərbi qurumlardakı mülki rəis vəzifələrinə də yüksək rütbəli keçmiş polislər və digərləri təyin olunur.Əlillərə isə qanunvericiliyin tələblərinə zidd olaraq əlil olmalarını, yaşlarının keçdiyini bəhanə edib iş verilməsindən imtina edilir. Konkret faktlar da deyə bilərəm.Sabunçunun eks polis rəisi həmin rayonun, İsmayıllının rəisi Nizami rayonunun işıq idarəsinin rəisidir. Nizaminin eks hərbi komissarı BŞİH-də MKTD-nin rəis müavinidir. Yaxud hansısa polkovnik, general yaş həddinə görə təqaüdə göndərilir, anında nazir müşaviri,mülki təchizat rəisi olur. Yəni onsuz da iş yerlərini hərbi-polis məmurları öncədən "bronlayıblar". İş yerlərinin açılmasının sıradan vətəndaşlara heç bir aidiyyatı yoxdur.

Son yazılar