OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər

Bu ilin iyunun 22-də Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iclasında hasilatın azaldılması ilə bağlı siyasət dəyişdirilərək yumşaldıla bilər.

Bunu “Report”a Boğaziçi Universitetinin müəllimi, professor Gürkan Kumbaroğlu bildirib.

Ekspert bunu Venesuela və İrana görə təklifin azaldılması faktoru ilə əlaqələndirir: “OPEC+ hasilatın azaldılması ilə bağlı razılığın ilin sonuna kimi uzadılmasını qərarlaşdırıb. Lakin 22 iyunda keçiriləcək iclas çox önəmlidir. Bir tərəfdən bazarda qiymətlər yüksəlib, digər tərəfdən də İran və Venesuelaya görə bazardakı təklifdə azalma var. Buna görə də OPEC təkliflə bağlı siyasətini dəyişdirərək yumşalda bilər”, - deyə o əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar