Avtomobil Yolları Dövlət Agentliyinə 1,9 milyon manat ayrılıb

Dərc olunub: 25/05/2018 - 18:11

b2bfab65-b704-48e4-877e-45ddb9a65960_292Prezident İlham Əliyev “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


loading...




Fikrinizi bildirin