"Boeing 777”-ni Ukrayna səmasında ruslar vurub” - Dünya Çempionatı boykota çağırıldı

Xəbər verildiyi kimi, futbol üzrə dünya çempionatına 3 həftə qalmış ev sahibi Ruisya yeni bir beynəlxalq qalmaqalla üzləşib. Belə ki, 2014-cü il iyulun 17-də Niderlandın paytaxtı Amsterdamdan Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə MH17 reysi ilə uçan “Boeing 777” təyyarəsinin Ukrayna səmalarında rus hərbçiləri tərəfindən vurulması təsdiqini tapıb.

Xatırladaq ki, həmin qəzada təyyarədə olan 298 insanın hamısı həlak olmuşdu. Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Niderland polisinin Milli Cinayət İdarəsinin rəisi Vilbert Paulissen təyyarəni vuran zenit-raket kompleksinin Rusiyadan gətirildiyini və onun Kursk yaxınlığındakı 53-cü briqadaya məxsus olduğunu bəyan edib.

Paulissenin sözlərinə görə, bu, sistemin buraxılışı zamanı qoyduğu xüsusi izlər, müxtəlif foto və video materiallar, həmçinin şahidlərin ifadələri ilə təsdiqlənib. Almaniya Xarici İşlər Nazirliyi Rusiyanı baş verən hadisə ilə əlaqədar konstruktiv əməkdaşlığa çağırıb.

Картинки по запросу MH 17

“Lakin Berlin bunu hələ çox gözləməli olacaq”, - məqalə müəllifləri Yulian Repke və Zimon Şults yazıblar.

Rusiya tərəfi isə gözlənildiyi kimi hər şeyi inkar edib. Bununla belə, hər halda məsələnin rəsmi Moskvanın xeyrinə işləməyəcəyi indidən görünür.

Bundestaqın xarici siyasət komitəsinin sədri Andreas Hik jurnalistlərlə söhbətində dünya çempionatı ərəfəsində Rusiyanın öz günahını etiraf edərək, bu hərbi cinayətdə əli olan hər kəsi cəzalandırmalı olduğunu qeyd edib.

Картинки по запросу rebecca harms

Rebekka Harms

Rusiya üzrə ekspert sayılan, “Yaşıllar” partiyasının üzvü Rebekka Harms isə lap sərt danışıb. Alman deputat təhqiqatın nəticəsinin dünya çempionatını qəbul edən Rusiyanın reputasiyasına qara ləkə saldığını söyləyib. “Bild” qəzeti ilə söhbətində xanım Harts futbolun ən mötəbər turnirini boykot etməyə çağırıb.

“Yarışa təşrif buyuracaq beynəlxalq qonaqlar Putinin siyasi çəkisinin artırılması və onun siyasətinin legitimliyinin tanıtdırılması üçündür. Dünya çempionatının Rusiyada keçirilməsi kimi doğru olmayan qərarın qəbul olunmasına görə FİFA da az məsuliyyət daşımır”, - deyə Rebekka Harts bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar