“Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər” - Putin

“Dünya iqtisadiyyatında normaların pozulması və etibarın itməsi bəşəriyyətin hələ qarşılaşmadığı yeni böhrana səbəb ola bilər”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

"Tərəflərdən birinin müqavilədən çıxması, razılığın pozulması hər zaman risk deməkdir. Bu, iş təcübəsinin aksiomasıdır. Qlobal səviyyədə dövlətlərin, xüsusən də güc mərkəzlərinin belə davranışı mənfi, dağıdıcı nəticələrə səbəb olur. Faktorların bu cür gedişatı dünyanın hələ qarşılaşmadığı sistemli böhrana gətirib çıxarmaq qabiliyyətinə malikdir”, - deyə o, qeyd edib.

Putin beynəlxalq münasibətlər sisteminin ciddi sınaqdan keçdiyini də söyləyib: “Beynəlxalq siyasi, iqtisadi, ticarət münasibətləri sistemi bu gün möhkəmliyə görə ciddi sınaqdan keçir. Belə müzakirələr, qeyri-formal dialoq bu gün xüsusilə vacibdir. Biznesin qurulması və investisiya üçün şərtlər, gündəlik həyatın özü belə dinamik şəkildə dəyişir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar