“Tramp və Kim Çen In arasında görüş baş tuta bilər” - Mettis

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş baş tuta bilər.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Sammitlə bağlı müsbət məlumatlar var. Görüş hələ də baş tuta bilər. Diplomatlar hələ də sammitin keçirilməsi üçün səy göstərirlər. Bu yaxşı xəbərdir”, deyə C.Mettis vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Koreya KXDR lideri Kim Çen In ilə görüşdən imtina etdiyini bəyan edib. Görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar