Azərbaycanda daha bir özəl xəstəxana satıldı

"Grand hospital”dan sonra Azərbaycanda daha bir özəl xəstəxana satılıb.

"AzPolitika" Medicina.az-a istinadən xəbər verir ki, söhbət məşhur "Medilux” klinikasından gedir. Klinika Azərbaycanda son dövrlərin ən məşhur xəstəxanasından olan "Baku Medical Plaza”ya satılıb. Şəbəkə formasında fəaliyyət göstərən "Baku Medical Plaza” "Medilux”un Kral Hüseyn küçəsində yerləşən binasının üzərinə öz loqosunu vurub.

1 ay əvvəl təmir işlərinə başlanılan binanın üzərinə xəstəxananın öz loqosu vurulsa da, aşağı hissəsində "Medilux” sözü saxlanılıb. Klinikalar şəbəkəsinin saytında da xəstəxananın "Medilux” şöbəsi kimi qeyd edilib.

Xəstəxanada təcili yardım şöbəsi də açılıb və orada da təmir işləri yekunlaşmaq üzrədir.

"Baku Medical Plaza”nın "Medilux”un köhnə həkim heyətini ixtisar etmədiyi də daxil olan məlumatlar sırasındadır. Hətta xəstəxananın üzərinə "Medilux”un məşhur cərrahı Dilqəm Məhərrəmovun da şəkli vurulub.

Məsələ ilə bağlı xəstəxanadan açıqlama almaq mümkün olmayıb.

635x100

Şərhlər

Nəfis Nəfəsə 2018-05-25 22:10:44

Məsələ onda deуil, dondadır! Daha bir qlobal kral, Kral Hüseуnin qohumu kimdir?

YAQUT 2018-05-25 22:10:44

ATLAS MED CENTERI BAHLASINLAR MILLETI BEDBEH ELIYIBLER

Son yazılar