Türk gəmisini raketlə kim vurub? - ABŞ açıqladı

11 mayda Yəmənə buğda aparan Türkiyənin yük gəmisinə raket hücumu ilə bağlı ABŞ bəyanat yayıb.Axar.az "Röyter"ə istinadən xəbər verir ki, Ağ Ev Türkiyənin yük gəmisinə edilən raket hücumu ilə bağlı bəyanatında gəmiyə husilər tərəfindən hücum edildiyini və ABŞ-ın hərbi-dəniz qüvvələrinin dərhal hərəkətə keçdiyini bildirib.

Qeyd edilib ki, öncə gəmi daxilində partlayışın baş verdiyi təxmin edilsə də, sonra gəmiyə husilərin hücum etdiyi məlum olub.

"Bu hadisələr Yəməndəki raket təhdidinin bütün ölkələr üçün keçərli olduğunu və Birləşmiş Millətlər Təşkilatının qərarlarının icrasının nə qədər əhəmiyyətli olduğunu göstərir", - Ağ Evdən verilən bəyanatda bildirilib.

Qeyd edək ki, qurudan 70 mil (112 km) uzaqda raket hücumuna məruz qalan gəmidə 50 min ton buğda olub. "İncə İnebolu" gəmisi Ərəbistan xilasedicilərinin yardımı ilə Jizan limanına çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar