«ÇXR, Koreya yarımadasında müharibəyə imkan verməyəcək» - ÇXR sədrinin müavini

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədr müavini Van Tsişan bəyan edib ki, ölkəsi Koreya Yarımadasında müharibə və qarışıqlığa imkan verməyəcək və eyni zamanda, bölgədə denuklerizasiya prosesinin tərəfdarıdır.

«Koreya yarımadasında nüvə problemi Çinin köklü maraqlarına aiddir. ÇXR Koreya yapımadasında sülhə və sabitliyə ümid edir - heç vəchlə müharibəyə və qarışıqlığa imkan verməyəcək. Ona görə də biz, denuklerizasiya prosesini irəli aparmalıyıq və bu məsələdə çox qətiyyətli mövqedə dayanmışıq» - deyə, Van Tsişan Peterburq beynəlxalq iqtisadi forumunun plenar sesiyasında bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar