İsrail rejimi fələstinlilərə qarşı terroru dayandırmaq istəmir

İsrail Ali məhkəməsi iki insan haqları təşkilatının sionist hərbçilərinin Qəzza zolağında dinc fələstinli etirazçıları atəşə tutmasının qadağan edilməsi haqqında ərizəsini təmin etməyib. Bu barədə “The Times of Israel” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, HƏMAS, qəsdən dinc etirazçıların, qadın və uşaqların arasına yaraqlıları buraxır və israilli hərbçilərinin işini çətinləşdirməyə çalışır.

Vəkil Maykl Sfard dinləmələrdən əvvəl, sionist İsrail hərbçilərinin terrorçu hərəkətlərinin silah tətbiqi ilə bağlı beynəlxalq normalara zidd olduğunu bildirib.

“Heç bir təhlükə yaratmayan silahsız vətəndaşlara atəş açmaq, qanuna ziddir”, - deyə vəkil bildirib.

Terror əsdirən İsrail hökuməti isə buna cavabında HƏMAS-ın çağırışı ilə keçirilən aksiyalarda iştirak edən insanların dinc vətəndaşlar olaraq görmədiyini bildirib. Və qətliama davam edəcəllərini bildirib.

Qeyd edək ki, Qəzzada “Böyük qayıdış” adlı dic yürüşə silahlı basqın edən sionist İsrail əsgərləri 79 fələstinlini şəhid edib, 2200-dən çox insanı isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar