"Fəxr edirəm ki, məni Ronaldo və Messi ilə müqayisə edirlər" - Salah

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah dünyanın ən yaxşı futbolçuları ilə müqayisə olunması barədə danışıb.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb. Misirli oyunçu rəqəmlərə müsbət yanaşdığını bildirib: "Hamı Lionel Messi və Kriştiano Ronaldo haqda danışır. Çünki onlar 13-15 ildir bu səviyyədə oynayırlar. Fəxr edirəm ki, məni onlarla müqayisə edirlər".

M. Salah final oyununun Ronaldo ilə onun qarşıdurması olmayacağını söyləyib. Misirli futbolçu hər kəsin ondan qürur duymasını istədiyini deyib: "Hər kəsi bu şəhərdə, Misirdə və bütün dünyada xoşbəxt görmək istəyirəm. Yalnız oyun haqqında düşünməli və öz işimi yerinə yetirməliyəm".

Qeyd edək ki, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək "Real Madrid" - "Liverpul" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar