Şamaxıda qaynar mürəbbə tası körpənin üzərinə dağılıb

Dərc olunub: 25/05/2018 - 23:30

42dbe5ca56a31d7e6d9eabf460b97a0fŞamaxı rayonunun Meysəri kəndində bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, yerli sakin evdə mürəbbə bişirərkən qaynar tas 2017-ci il təvəllüdlü oğlu Bayramov Rəvan Taryel oğlunun üzərinə aşıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpəyə III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib. Körpənin vəziyyəti ağırdır.


loading...




Fikrinizi bildirin