“Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq” – Tramp

Dərc olunub: 26/05/2018 - 09:02

4705549ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçirilməsi mümkündür.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti özünün “Tvitter” hesabında yazıb.

“Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq. Kim Çen In ilə görüş iyunun 12-də Sinqapurda və ya zərurət yarandıqda, daha sonra keçirilə bilər”, D.Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis Tramp- Kim Çen In arasında görüş baş tutacağını istisna etməyib.


loading...




Fikrinizi bildirin