"Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər" - Putin

Rusiya prezident Vladimir Putin Qərb ölkələrini rəsmi Moskva ilə münasibətlərdə "qırmızı xətti" keçməməyə çağırıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, V.Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bəs deyildi ki, NATO sərhədlərimizə yaxınlaşıb. Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər, hər hansı radarlar və raket əleyhinə müdafiə sistemləri quraşdıracaqlar. Bilirsiniz mi, hər şeyin bir həddi var, "qırmızı xətti" keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın”, deyə V.Putin qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar