"Məcburi köçkünlərin 12 faizi yoxsuldur" - Dövlət Komitəsi

Məcburi köçkünlər arasında yoxsuluq səviyyəsi 2003-cü ildə 75 faiz olmasına baxmayaraq, dövlət tərəfindən görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 12 faizə düşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda əmək qabiliyyətli 380 min məcburi köçkün var.

Bu məcburi köçkünlərdən 200 min nəfəri daimi, 160 min nəfəri isə mövsümi işlə təmin olunub. 20 min əmək qabiliyyətli məcburi köçkünün isə işlə təmin olunmasına ehtiyac var.

635x100

Şərhlər

Nizami 2018-05-26 12:37:11

Bu dövlət komitəsinin məlumatı infdiki vəziyyətdə gülünc doğurur.Bu Komitənin hələ də xəbəri yoxdur ki, Azərbaycan əhalisinin 65 faizi yoxsuldur.Köçkünlərin 12 faiz yoxsulluğu toya getməlidirlər.İş yeri yaradılmır (yalan,olmayan və televiziyadan söylənən,amma olmayan iş yerlərin nəzərə almasaq ), manatın dəryərdən düşməsi,müavinət və pensiyaların miqdarı,havadan götürülən yaşayış minimumu,maaşların yerində sayması.qiymətlərin davamlı artımı kimi faktorların nəzərə alınması belə vəziyyəti yaradır.

Esmira Orucova QHT sədri 2018-05-26 12:37:11

Allah Rövşən Rzayevə cansağlığı versin! Düşünürəm ki, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər Rövşən müəllimin səyi, qeyrəti və vətənpərvərliyi sayəsində tezliklə ağ günə çıxacaqlar. Allah sizi qorusun!!!

Son yazılar