Kimsəyə sirr deyil, deputatdan başqa...

Ermənistanın işğalçılıq siyasəti nəticəsində köçkün düşmüş 1 milyondan artıq azərbaycanlının mənzil və məişət şəraitinin yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır.

Həyata keçirilən tədbirlər ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Amma bu günə qədər məcburi köçkünlərə dövlət tərəfindən verilən mənzillərlə bağlı qara məqamlar olduğu kimsəyə sirr deyil, bunu bilməyən yoxdur.

“Qaçqınkom”da son dəyişiklikdən sonra baş verən neqativlərin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür.

Belə ki, hazırkı rəhbərliyin göstərişi ilə bütün məcburi köçkünlərə məlumat verilib və xüsusi xəbərdarlıq edilib ki, mənzillərin verilməsi zamanı kimsə onlardan bir manat belə vəsait tələb etsə, həmin adam barədə dərhal məlumat versinlər. Bununla bağlı “Qaçqınkom”un bütün əməkdaşlarına isə xəbərdarlıq edilib. Bu hallara yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Məsələdən xəbərdar olan köçkünlər sevinc içindədirlər.

Bundan sonra hər şey ədalətli şəkildə həll ediləcək.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az saytına danışarkən “Qaçqınkom”un yeni rəhbərliyinin etimadları doğruldacağını deyib:

“Açığı, məcburi köçkünlərə uzun illər ərzində mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam. Hansısa məcburi köçkün belə hallarla qarşılaşıbsa, şikayət etməli və ya məlumat verməlidir. Digər tərəfdən bilirsiniz ki, “Dövlətqaçqınkom”da rəhbərlik dəyişdi, cənab Prezident tərəfindən yeni sədr təyin olundu. Yeni sədr Rövşən Rzayevi deputat fəaliyyəti dövründə tanıdığım müddətdə onu fəal, vətənpərvər, dövlətçi, bacarıqlı biri kimi tanımışam. Bu baxımdan əminliklə deyə bilərəm ki, Rövşən Rzayev bu təyinatda etimadı doğruldacaq”.

Deputat hesab edir ki, Rövşən Rzayevin sədrliyi dövründə komitənin fəaliyyətində hər hansı neqativ hala yol verilməyəcək:

“Təbii ki, Rövşən Rzayev gənc kadrdır, yeni təyinatdır və o da özünəməxsus üsullarla idarəetməni apararaq cənab Prezidentimizin ona göstərdiyi etimadı doğruldacaq. Hamıya məlumdur ki, qaçqın, məcburi köçkün kateqoriyasına aid olan insanlarımız çoxsaylı problemlərlə üzləşirlər. Mənzil-məişət, iş, təhsil, sağlamlıq şəraiti və.s kimi məsələlər çoxdur. Bu problemlərin həlli ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin dövründən tədricən davam edir. Mən də bir məcburi köçkün kimi istərdim ki, bu problemlərin ən yüksək səviyyədə yekun nəticəsi olsun. Bu da o zaman olacaq ki, biz torpaqlarımızı işğal altından azad edəcəyik , bütün köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

Ölkə başçısı məcburi köçkünlərin bütün problemlərinə hər zaman diqqət göstərib. 2003-cü ildən bu günə qədər 90-dan çox irili-xırdalı, müxtəlif tipli qəsəbələr salınıb, 300 minə yaxın məcburi köçkün mənzillərlə təmin olunub.

Təbii ki, “Dövlətqaçqınkom”, onun rəhbərliyi cənab Prezidentin tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirir və bundan sonra da belə olacaq. Biz də arzu edirik ki, bu sahədə heç bir mənfi halla qarşılaşmayaq, xoşagəlməz fikir eşitməyək”.

635x100

Şərhlər

Xocalı sakini 2018-05-26 13:15:15

Xocalı sakini olan məcburi köçkün Elman müəllim deyəsən həyatından və sosial durumundan çox məmnundur. Şəkildə göründüyü kimi!!! Nə qaçqından, nə məcburi köçkündən, nə də kasıbdan xəbəri yoxdur!

ewder 2018-05-26 13:15:15

WEREF VE WOHRET ORDENLI ELI HESENOV,MOLODES.ONU BAW NAZIR QOYMAQ LAZIMDU,lazim gelende.

məcburi köçkün 2018-05-26 13:15:15

Elman müəllimin heç məcburi köçkünlərin vəziyyətindən xəbəri varki?! Özünə və balalarına yıxılmaz səltənət qurub. Hələ Biləcəridəki ferması... Kasıblarla nə işi var? Övladları yüksək vəzifələrdə, polisdə, yol polisində, gömrükdə sıravi deyil, rəis vəzifələrində işləyir. Özü də kefi kök, damağı çağ yaşayır. Deputat kimi ona göndərilən şikayətlərə də baxmır. Yoxsa qaçqınkomun əvvəlki sədrinin törətdiklərindən xəbəri olardı. Guya ki heç nədən xəbəri yoxdur! ....

yusif-1313 2018-05-26 13:15:15

Azərbaycanda deputat olmur.Təyin olunmuşlardan ibarət məclis vardir.

Azad 2018-05-26 13:15:15

HEÇ AĞ MƏQAMLAR OLUB Kİ? BAŞDAN AYAĞA QARA MƏQAMLAR. QAÇQINLAR BU MƏQAMLARI ÇOX YAXŞI BİLİRLƏR. BAŞQA NORMAL ÖLKƏ OLSA O MƏQAMI YARADAN KORRUPSİYONERLƏRİ HƏBS EDƏRDİLƏR. BİZDƏ MÜXTƏLİF METODLARLA XALQIN GÖZÜNÜ ELƏ QORXUDUBLAR Kİ,MİLLƏT ÖZ HAQQINI PAYINI TƏLƏB EDƏ BİLMİR. TALANÇI MƏMURLAR OĞURLAYIB ATIRLAR HAMISINI.

QAÇQIN 2018-05-26 13:15:15

DEPUTATDAN SORUŞMAQ AYIB OLMASIN,BƏS İNDİYƏ QƏDƏR QAÇQINLARA QARŞI ÖRƏDİLƏN NEQATİV HALLAR NECƏ QİYMƏTLƏNDİRİLƏCƏK? YOXSA ƏLİ HƏSƏNOVA AFƏRİN DEYİLƏCƏK?BU SUALA NİYƏ TOXUNULMUR? YOXSA... DEPUTATLARIMIZ ÖZLƏRİ BAŞDAN AYAĞA HEKAYƏDİRLƏR.DEPUTAT BİZNESMEN.MONOPOLİST.ALVERŞİ AXTARAN AZƏRBAYCANA GƏLSİN. URA!!!

Son yazılar