Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.DİN-dən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar