AZƏRBAYCAN ORDUSU NAXÇIVAN İSTİQAMƏTİNDƏ İRƏLİLƏDİ - Böyük ərazini nəzarətə götürüb

Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Virtualaz.org xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.

Azərbaycan ordusunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib.

“Hətta Artak Davtyanın bundan əvvəl  5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəcüb, anlaşılmamazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir-red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”-Edik Bağdasaryan bildirib.

Bağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi . Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb. Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır.

Edik Bağdasaryan

Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər “Vkontakte” sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub. Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irələməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib şəxsən müşahidə aparıblar.

Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə bəhs olunur.

Artak Davtyan

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib. 

Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib. Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.

Virtualaz.org ordumuzun Naxçıvan istiqamətində irəliləməsi barədə Müdafiə Nazirliyindən şərh almağa çalışır.

635x100

Şərhlər

hərbici pensiyacı 2018-05-26 15:58:24

ay daşnaklar siz yaxşı bilirsizki xainlikdən nankorluqdan terrorculuqdanbaşqa siz ən böyük bəla olan torpaq ərazi xəstəliyinə tutulubsunuz. bu isə sizi məhvə aparan sagalmaz xəstəlikdir.türkiyə azərbaycan gürcüstan ərazilərinə iştahınız var.kəbinli oldugunuz agalarınızın köməyilə müvəqqəti işgal etdiyiniz bütün ərazilərimizi geri qaytaracagıq tarixi torpaqlarımız bizə məxsusdur.sizə hətta dövriyyəyə buraxdıgınız qardaşyanlar jurnalistlik adı ilə özünü öldürən siranuşlarda kömək edə bilməyəcək.sadəcə zaman

PENSİYACI HƏRBİCİ 2018-05-26 15:58:24

İNDİ NƏ İSTƏYİRSİNİZ DANIŞIN SİZİN PEŞƏNİZDİ 1918 Cİ İLDƏ İRƏVAN QUBERNİYASI SİZƏ VERİLƏNDƏ AZƏRBAYCANIN ƏRAZİSİ 115 MİN KV KM İDİ ERMƏNİSTANIN ƏRAZİSİ 10 MİN KV KM DƏ DEYİLDİ İNDİ NƏ QƏDƏRDİ AZƏRBAYCAN TORPAGI BİZİM TORPAQLAR KOSMOSA CIXDI YA DƏNİZƏ TÖKÜLDÜ SİZ UTANMASANIZ BASARKECƏRI KÖYCƏ KÖLÜNÜ DİLİCANI ZƏNKƏZURU ERMƏNİ TORPAQLARI QARABAGI TARİXİ (TARİXİ OLMAYAN BİR DÖVLƏT OLDUGUNUZA BAXMAYARAQ)ERMƏNİ TORPAQLARI ADLANDIRIRSIZ ƏLAHƏZRƏT TARİXİ POZMAQ DƏYİŞMƏK DANMAQ BİR OVUC CİNAYƏTKAR DAŞNAKIN İŞİ DEY

pensiyacı hərbici 2018-05-26 15:58:24

vaxt yaxınlaşır.sonra ay siranuş kəndinizin bizim postlardan görünməsinə narahat olursunuz onda bir o yaxınlıqda olan künnüt kəndinə baxın görün nə günə qoyubsuz əgər kəndinizin kənarındakı bizim postlar sizi elə qıcıqlandırırsa onda qızılqaya tərəfdə necə yüzlərlə metr naxcıvan ərazisinə girərək 2 postunuz var idi niyə oralar sizin ərazidir gəlib post qoyursuz ya təhlükəsizliyinizi təmin edirdiniz burada qarabag ətrafındakı 7 rayonu işgal edib bu günə qədər min cildə girib qaytarmaq istəmədiyiniz kimi.

pensiyacı hərbici 2018-05-26 15:58:24

ay tumanyan siranuş xanım. niyə özünü öldürürsən arpa kəndi və başqa kəndlər körünsədə aşagıda olsada sizdən fərqli olaraq bizim başqasının torpaqlarında gözümüz yoxdur bizə öz torpaqlarımız bəsdi. sizin qarnınıza dolan sancı post qurulması kənd körünməsi yox etdiklərinizə cavab vermək vaxtının catmasıdır. siz ölsənizdə catlasanızda rusdan boşanıb avropalıya amerikalıya kəbin etsənizdə xeyiri yoxdu 10 milyonluq xalq öz torpaqlarını azad edəcək və etdiklərinizə cavab verəcəksiniz hec tələsib etməyin ancaq

pensiyacı hərbici 2018-05-26 15:58:24

nəhayətki ermənilərin mn nin mətbuat katibi ovanisyan həqiqətə bənzər bir söz dediki nə haray həşir salıbsız haraya post qoymalarından asılı olmayaraq bu onların öz ərazisidir və rəsmi şəxsin sözlərində hec bir neytral ərazi sözü yoxdur və həqiqətəndə belədir bu ərazilər azərbaycan ərazisidir və orada nə etmək bizim öz işimizdir.oda məlumdurki azərbaycan dövləti və xalqı heckimə qarşı ərazi iddiasında deyil işgalcı xain ermənistandan fərqli olaraq işgalcı olduqlarına görədə canlarınavəlvələ düşüb daşnakla

pensiyada olan hərbici 2018-05-26 15:58:24

ermənilər necə qarabagda bir ovuc erməniyə öz müqəddəratını təyin etmə sözünü ortaya atıblar və indiyədək bayraq edib əllərində gəzdirirlər indidə naxcıvan ermənistan sərhəddindən hətta sərhəddən necə yüzlərlə metr naxcıvan tərəfdə yerləşən günnüt kəndi və ətraf əraziləri neytral zona adlandırırlar. bu hecdə təsadüfi deyil məkrli daşnak planınındüşünülmüş bir hissəsidir.belə yalan danışan ermənilərin tupoylugunu başa düşdük bunların hamısı həmdə korduki bir beynəlxalq təsisatların xəritələrinə baxsınlar

təqüdcü hərbici 2018-05-26 15:58:24

ay camaat birdəfəlik bilin naxcıvanda daşnaklarla sərhəddə hec bir neytral ərazi yoxdur bu torpaqların hamısı Azərbaycan torpagıdır. başa düşün tarixi Azərbaycan kəndi olan künnüt kəndinin yeləşdiyi ərazi nə vaxtdan neytral ərazi olub. bu kənd 90 cı illərdə erməni daşnakları tərəfindən yandırılıb indidə neytral ərazi adlandırılır.hazır ermənilərin xacik kəndi yelpin və başqa yerlər neytral ərazidir.naxcıvan ermənistan sərhəddində hec bir neytral ərazi yoxdur bütün ərazilər naxcıvanın hər yeri kimi Azərbaycanındır

təqüddə olan hərbici 2018-05-26 15:58:24

ermənistanla sərhəddə hec bir neytral ərazi yoxdur. azərbaycan ordusu bölmələrinin apardıgı bütün mühəndis istehkam işləri tam düzgündür və bu naxcıvan ərazisi azərbaycan torpagıdır daşnaklar büzim öz ərazimizdə müdafiəni gücləndirmək məqsədilə etdiklərimizə hay küy salıb şivən qoparmaları onların başqa məqsədlərindən xəbər verir.bu xəbis daşnaklarnaxcıvan ərazisində yerləşdirilmiş həbi hissələrimizin gücü qarşısında acizlikdən digər cirkin məqsədlərinə cata bilməmək qorxusundan şivən salıblar təşvişədüşüb

təqaüdcü hərbici 2018-05-26 15:58:24

təxmini bilirəmki söhbət hansı ərazidən gedir bu ərazi neytral ərazi zad deyil naxcıvanın bir hissəsidir və hesab edirəmki cox düzdürermənilərə öz yerlərini göstərmək vaxtı catıb. onlar bacarsalar coxdan naxcıvanı da zəbt edərdilər.ermənilər dadanıblar metr metr dalınca soxulsunlar azərbaycan torpaqlarına.onu deyə bilərəmki azərbaycan ordusunun bütün əməliyyatlarını izləyirik dəstəkləyirik və bir nəfər kimi yaşından sosial vəziyyətindən asılı olmayaraq döyüşə hazırıq.ali baş komandanın əmrini gözləyirik.

Şərhlərə Qarabagdan 2018-05-26 15:58:24

1995-ci ildən H.Əliуev deуirdi ki, siуasi hücum gərəkdir. Amma, Avropa Məhkəməsində iddialar qaldırılmadı, İşgalçıуa hərbi уardıma eтirazlar verilmədi, BMТ qəтnaməsinin icrası kəskin qoуulmadı? Qarabag тorpagı тəkərli, şüurlı siуasэтçi deуil ki, Bakıуa (Zəngilan, Qobu və d.) qaçqınların aуagı alтına gəlsin? İndi Naxçıvana münasibəтdə Azərbaуcanın Qarabag siуasəтi dezinformaтor kimi işgalçını тəqlid eməklə, düşmənə уardım eтmiş olur.

G.M 2018-05-26 15:58:24

Azərbayca KİV -də Ermənistan haqqında gedən təbliğat yönümlü şərhlərlə,Ermənistanın Azərbaycan haqqındakı uydurmaları üst-üstə düşür.``Geni dəyişmiş infarmasiyalar ancaq Cəmiyəti çaşdırmağa,siyasi vəziyətə xidmət edir.Guya ki,Ermənistanda hansısa özfəailiyyət mövcuddur

İdris 2018-05-26 15:58:24

QARABAĞI ALMAQ LAZIMDIR. BOŞ-BOŞ ŞASYİLƏR NƏ ÜÇÜNDÜR? 25 İLDİR ALINMIŞ TORPAQDAN 1 METR ALINMAYIB.

Son yazılar