Gömrük Komitəsi əməliyyat keçirib - Araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə DGK-dan məlumat verilib.

Baxış zamanı, nəqiyyat vasitəsinin gizli saxlanc yerlərindən 3 ədəd "Samsung J3", 2 ədəd" Samsung Galaxy J7 pro", 1 ədəd "Samsung Galaxy A5", "Samsung Galaxy J5" və "Samsung Galaxy J5 pro" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar