Yəməndə milli barışıq elan edilir

Dərc olunub: 26/05/2018 - 16:59

foto_260518Yəmənin yeni xarici işlər naziri və BMT yanında keçmiş xüsusi nümayəndə Haled əl-Yamani bəyan edib ki, husi üsyançıları sülh prosesində iştirak etməyə razılıq veriblər.

Trend-in məlumatına görə, Haled əl-Yamani bildirib ki, üsyançıların bu fikrə gəlməsinə səbəb onların getdikcə zəifləyən mövqeləridir.

Yerli telekanal xəbər verir ki, hüsilər silahları da təhvil verməyi söz veriblər.

Üsyançılar tərəfdən bu bəyanatı hələlik şərh edən olmayıb.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən gedir.


loading...




Fikrinizi bildirin