Sərnişin avtobusu mikroavtobusla toqquşub - Xəsarət alanlar var (FOTOLAR)

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusu mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər: - 1967-ci il təvəllüdlü Bakı şəhər sakini sakini Cavadova Yana Yuriyevna, 2007-ci il təvəllüdlü Bakı şəhər sakini Qurbanov Cəfər Üzeyir oğlu, 1955-ci ildə anadan olmuş Bakı şəhər sakini Səmədov Faiz Baba oğlu və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Şayxatarov Renat Atadullayeviç xəsarət alıblar.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.

[gallery columns="5" size="full" ids="421850,421851,421852,421853,421854,421855,421856,421857,421858,421859"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar