Səfər Əbiyevin sabiq müavininin kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Dərc olunub: 26/05/2018 - 19:22

e9b5446e-356b-4ffb-b1a0-00cdb3114ee3_292Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Mehman Səlimov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası iyunun 12-nə təyin edilib.

Kassasiya şikayəti hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi isə M.Səlimovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən saxlayıb.


loading...




Fikrinizi bildirin