TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ: DUMANDAN TƏLƏYƏ... - Bölgə üzərində «müharibə kabusu» dolaşır!

Yaxın Şərqdə Türkiyə-İsrail münasibətlərində yeni böhran yaşanmaqdadır. Amma ötən onilliyin sonuna qədər bu münasibətlər çox aydın və dumansız olub. Baş verənlərin səbəbi isə yenə də Qəzza bölgəsində yaranmış vəziyyətdir...

Qəzza və İsrail sərhədində baş verən son toqquşmalarda 60-dan artıq fələstinli həlak olub. Qəzzadan verilən məlumata görə, həlak olanlar arasında 7 uşaq (7 aylıq qızcığaz və 14-17 yaşlı yeniyetmə) və bir qadın olub. Bundan başqa, 2700 nəfər güllə və qəlpə yarası alıb, onların 1760 nəfəri xəstəxanaya gətirilib. Zərər çəkənlər arasında gözyaşardıcı qazdan və ya tüstüdən zəhərlənənlər də var.

Mayın 15-də fələstinlilər Qəzzada «fəlakət günü»nü - 1948-ci ildə İsrail dövlətinin yaradıldığı tarixi qeyd edirlər. Bu il həmin ərəfədə etirazlar Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin Yerusəlimə (Qüds - red.) köçürülməsi ilə bir qədər də gücləndi.

Bu arada ABŞ dövləti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) fələstinlilərin öldürülməsini pisləyən bəyanatını blokladı. BMT insan haqları Şurası isə İsrailin Fələstinə qarşı hərbi cinayətlərinin araşdırılması niyyətində oduğunu bəyan etdi.

Mayın ortalarında Türkiyə, Qəzzada fələstinlilərin etirazının boğulmasına görə, İsrailin səfiri Eytan Naeni ölkədən çıxartdı. Bu insanlar Qəzza ilə İsraili ayıran «bölücü divar»ı aşmağa cəhd göstərirdilər. Buna cavab tədbiri kimi, İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyə konsulunun ölkədən çıxarılması barədə qərar qəbul etdi. Türkiyənin Təl-Əvivdə 2016-cı ildən işləyən səfiri Kamal Okam hələ konsul barədəki qərardan əvvəl Türkiyə XİN tərəfindən geri çağırılmışdı. Eyni zamanda, Türkiyə özünün ABŞ-dakı nümayəndələrini də «məsləhətləşmələr üçün» geri çağırdı.

Bundan dərhal sonra, Türkiyə hakimiyyəti İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclasını çağırdı. Bu təşkilata 57 müsəlman ölkəsi daxildir. İƏT Qəzza sektorunda fələstinlilərin kütləvi halda öldürülməsini araşdırmaq üçün müstəqil beynəlxalq ekspert komissiyasının yaradılması təklifi ilə çıxış etdi. Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan ümid etdiyini bildirdi ki, İƏT ölkələri «İsrailin ticarət blokadasına alınması» barədə qərarı həyata keçirəcəklər. Onun sözlərinə görə, Ankara da seçkilərdən sonra bu istiqamətdə adımlar atacaq.

İsrailin kənd təsərrüfatı naziri Uri Ariel də öz növbəsində, Türkiyədən kənd təsərrüfatı məhsullarının satın alınmasını nəzərdə tutan anti-Türkiyə sanksiyası tətbiq etdi. Bu, o zaman baş verdi ki, ötən il İsrailin Türkiyədən k.t. məhsulları idxalı 30,0 faiz artmışdı.

Münasibətlərdə baş verən yeni «çat» Türkiyənin Prezidenti R.T.Ərdoğanla İsrailin Baş naziri B.Netanyahu arasında yaşanan sərt ritorika ilə müşayiət olunur...

1949-cu ildə Türkiyə, İsrail dövlətin tanıyan ilk dövlətlərdən biri olmuşdu. Böyük nisbətdə bu, çoxəsrlik türk-yəhudi münasibətlərinin (inkvizisiya dövründə Osmanlı imperiyası yüz minlərlə yəhudiyə sığınacaq vermişdi və sonralar onların bir çoxu Türkiyənin tarixində diqqətçəkən yer tutdu) bəhrəsi idi.

Hələ 70 il bundan əvvəl başlanmış Türkiyə-İsrail hərbi-texniki, ticari, mədəni qarşılıqlı münasibəti uzun müddət intensiv inkişaf yolu keçib. 2003-2008 illərdə, Ərdoğanın Baş nazir olduğu müddətdə də bu inkişaf davam edib.

Münasibətlərin pisləşməsinə İsrail tərəfindən Qəzza sektorunda planlı və sərt formada yeridilən siyasət və Türkiyə liderini dini oriyentir istiqamətində yenidən formatlaşdırmaq cəhdləri (Qəzza sakinləri də türklər kimi sünnü-müsəlmanlardır) oldu.

İsrail dövləti sülh və müharibə arasında balanslaşdırma aparmaqla, bu vəziyyətdən maliyyə və hərbi-texniki fayda götürməyə (məsələn, «Dəmir kümbəz»in möhkəmləndirilməsi) adət edib. Təsadüfi deyil ki, Qəzzadakı əməliyyatlar - «Tökmə qurğuşun», «Sarsılmaz qaya»...» - əməliyyatları oxşar ssenarilər üzrə, sistemli dövriliklə həyata keçirilir.

2010-cu ilin mayında Türkiyənin «Mavi Mərmərə» («Azadlıq donanması»ndan Qəzzaya humanitar yardım aparan gəmi) gəmisi İsrail xüsusi xidmət qrupunun «yoxlama» cəhdinə qarşı çıxıb. Bu qarşıdurma zamanı İsrail «xüsusi xidməti» 9 sərnişini öldürüb, 30 nəfəri isə yaralayıb...

SAXAL-n mətbuat xidmətinin nümayəndəsi o vaxt bildirib ki, 2010-cu ildə Qəzzadan İsrail tərəfə 140 ədəddən artıq raket və mərmi atıldığı üçün, donanmaının daşıdığı yükün silah və döyüş sursatı predmetinə yoxlanılması zərurəti yaranıb.

Türkiyə və İsrail arasında münasibətlər 2011-ci ildə, «The New York Times» nəşrində Cefferi Palmerin BMT nəzdindəki komissiyasının hesabatı dərc olunandan sonra, praktiki olaraq dayanıb. Hesabata görə, guya İsrail «Mavi Mərmərə» insidenti zamanı beynəlxalq hüququ pozmayıb.

Bundan sonra, Türkiyə öz səfirini geri çağırdı və İsraillə münasibətlərin ikinci katib səviyyəsinə endirilməsi, ticari və hərbi əlaqələrin kəsilməsi (istisnasız olaraq, yalnız dövlət səviyyəsində) barədə qərarını elan etdi.

Yalnız 2016-cı ildə, 4 illik pərdəarxası danışıqlardan və məsləhətləşmələrdən sonra, müasibətlərin normallaşdığı elan edildi. İsrail hakimiyyəti «Mavi Mərmərə» gəmisində həlak olmuş sərnişinlərin ailələrinə 21 milyon dollar həcmində kompensasiya ödəməyə və Türkiyədən humanitar yüklərin Aşdod limanından keçməklə, Qəzzaya buraxılacağına razılıq verdi. Türkiyə isə Qəzzada suyumşaldıcı qurğunun, elektrik stansiyasının tikintisini və İsrail qazı üzrə danışıqlara başlamağı öz üzərinə götürdü. Bu «yumşalmanın» nəticəsi olaraq, İsrail NATO-nun Brüsseldəki qərargahında özünün nümayəndəliyini aça bildi, bildi ki, əvvəllər Türkiyə buna mane olurdu...

Ancaq bu normallaşma çox da möhkəm təsir bağışlamırdı, onun perspektivləri isə dumanlı görünürdü. Belə ki, İsrail HƏMAS-la münaqişəni davam etdirirdi, Türkiyə isə davamlı olaraq, bu radikal Fələstin hərəkatını dəstəkləyirdi. HƏMAS bəyan edir ki, yəhudi dövlətinin bölgədə mövcud olmaq əsası yoxdur...

30 mart 2013-cü il tarixində, «Ediot axronot» qəzetinin fikrincə, İsrail «qaz gücü»nə çevrilib. Bu gündən başlayaraq, Aralıq dənizində, Hayfanın 90 kilometr qərbində «Tamar» şelfindəki qaz yatağının sənaye üsulu ilə işlənməsinə başlanıb. Perspektivdə, burada çıxarılan qazın yarıya qədəri Avropaya göndərilə bilər. Bundan əvvəl, bir neçə onillik boyu bu kontinental şelfdə uğursuz neft axtarışları aparılıb. Nəhayət, 2009-2010 illərdə geoloqlar birdəfəyə iki qaz yatağı aşkar ediblər.

Barəsində söhbət gedən «Tamar» yatağı 5 min metr dərinlikdə yerləşir və ən azı, 240 milyard kubmetr qaz ehtiyatına malikdir. İkinci «Leviafan» yatağı isə Livanla dəniz sərədinin yaxınlığında yerləşir və dünyanın ən nəhənglərindən hesab olunur. Onun ehtiyatı 450 milyard kubmetr həndəvərində qiymətləndirilir.

İsraildə proqnoz edirlər ki, perspektivdə burada çıxarılan qazın yarıya qədəri Avropaya göndərilə bilər. Onun çatdırılmasının ən real variantlarından birini 6 il əvvəl Türkiyəli iş adamları işəyib hazırlayıblar. Onlar «Leviafan» yatağından Türkiyə sahillərinə qədər sualtı boru xətti çəkməyi təklif edirlər. Buradan isə qaz, artıq mövcud olan Türkiyə kəməri vasitəsilə Qərbə ötürülə bilər...

Belə perspektivlər Türkiyə hakimiyyəti üçün təkcə maliyyə və iqtisadi aspektlər baxmından yox, həm də geopolitik baxımdan - Avropa İtttfaqı (Aİ) ölkələrinə təsir göstərmək imkanları baxımından olduqca cəlbedicidir.

Türkiyə hakimiyyəti İsrail qazının Avropaya tranziti istiqamətində «nəzarət paketi»ni əldə etmək istəyini gizlətmir. İsrail və Rusiya ilə ilkin razılaşmalar da bu niyyətdən xəbər verir. İsraillə münasibətlərin yumşaldılmasına yönəlik iki il bundan əvvəlki cəhdlər də məhz bu niyyətə qulluq edirdi.

İsraillə diplomatik münasibətlərin indiki qırılması və ABŞ-la yaşanan qarşılıqlı anlaşılmazlıq çətin ki, Ərdoğanın Qərbdə mövqeyinin möhkəmlənməsinə xidmət etsin. Bu zaman, onun mövqeyinin birmənalı olmamasının Avropa İttifaqında doğurduğu münasibət həm də Türkiyə iqtisadiyyatına potensial zərər vurur. Amma onu da nəzərə almaq lazımdır ki, yaranmış vəziyyətdə Ankara ərəb dünyasında əlavə xallar toplayır...

Yaxın Şərqdəki vəziyyəti Qərb ölkələrində diqqətlə izləyirlər. Bu günlərdə onlarla gənc Londonun mərkəzində toplaşaraq, Qəzza sektorunda həlak olmuş fələstinlilərin ruhuna yəhudi dini duası oxuyub. «Nə qədər ki, mənim icmam qəzəb doğuran zorakılıq aktlarına yönəlik susur, mən əllərimi yanıma salıb oturmaqdan imtina edirəm. İsrailin riyakarlığı və daim özünü təmizə çıxartmaq cəhdləri məni bezdirib...» - Böyük Britaniyadakı yəhudi icmasını nəzərdə tutan bir aksiya iştirakçısı bəyan edib.

ABŞ Prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxmaq təşəbbüsü və səfirliyini Yerusəlimə (Qüds - red.) köçürməsi bölgədə nəzarət edilən xaosun reanimasiya olunması ilə nəticələnəcək. ABŞ Yaxın Şərqdə gözlənilən tənzimləmə prosesini pozmağa cəhd göstərir ki, bölüb də hökm edə bilsin! Sözügedən olduqca mürəkkəb bölgədə mövcud olan «xəfif» sülhün başı üzərində indi tühaf bir «müharibə kabusu» dolaşır. Amerika «tələ»sinin mahiyyəti də məhz bundan ibarətdir...

Yevgeni Ben, politoloq

Tərcümə «AzPolitika.info»-nundur

635x100

Şərhlər

t.ədalət 2018-05-27 08:56:57

Qərbin İsrailə yaxınlığı yoxdur.Sadəcə,aralanma üçün bir təkan gərəkir.Xatalı davranışları ilə sionist yəhudilər dünyanı bezdirmişlər.Onları yalnız ABŞ dəstəkləyir.Bu da ABŞ-da yaşayan yəhudilərin çoxluğundan irəli gəlir.Onlar da bir gün yəhudi olmaqlarından utanacaqlar.Qüdsdə öldürülən müsəlmanlarla bizim heç bir fərqimiz yoxdur.Türkiyənin timsalında tarix göstərdi ki,sionist yəhudilər nankordurlar.Onları himayə etmək də təhlükəni sovuşmur..

Son yazılar