İCRA BAŞÇISIYLA RÜSTƏMXANLI ARASINDA QARŞIDURMA - İşə Prezident Administrasiyası qarışıb

"Bu nadir nüsxəni hardan tapıb Yardımlıya göndəriblər?"

Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq nazir və millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb.

BakuPost xəbər verir ki, bu barədə Xalq şairi özünün "Facebook” səhifəsində məlumat verib. Bildirib ki, A. Əsgərov onun təhsil aldığı məktəbdə şagirdlərlə cümhuriyyətlə bağlı görüşünə mane olmaq istəyib və bu, ciddi gərginliyə səbəb olub. Məsələyə Prezident Administrasiyası və Təhsil Nazirliyi qarışıb. Yüksək instansiyalar müdaxilə etdikdən sonra icra başçısı geri addım atmağa məcbur olub.

"Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bəhanələrinə, qadağalarına, rayon təhsil şöbəsi müdirinə və məktəb direktoruna gizli tapşırıqlarına və sair, ziyalıya, başçıya, nəhayət, normal insana yaraşmayan cəhdlərinə baxmayaraq, mayın 25-də Prezident Aparatının və Təhsil Nazirliyinin (onlara təşəkkürümü bildirirəm) müdaxiləsindən sonra məzunu olduğum doğma məktəbimizdə şagirdlərlə görüş keçirdim. Bu görüş cümhuriyyət bayramına və bizim məzunluğumuzun yubileyinə həsr edilmişdi, mühüm görüş idi. Lakin mənim üçün o görüş qədər önəmli olan başqa bir məsələ də yerində olmayan, səlahiyyətini və məsuliyyətini bilməyən, böyüyə, kiçiyə hörmət eləməyən və nəticədə özünü gülünc vəziyyətə salan başçıya yerini göstərmək, mədəniyyətin, səlahiyyətin, nəhayət, dövlətçilik tərbiyəsinin nə demək olduğunu anlatmaq idi. O, niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət, bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər, Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa-baxa vəzifəsini sürdürər?” - deyə, Xalq şairi bildirib.

Ayaz Əsgərov

S. Rüstəmxanlının sözlərinə görə, başçı bir həftə əvvəl görüşlə bağlı tərəddüdlü də olsa, müsbət fikirdə olduğunu dilə gətiribmiş: "Məni təəccübləndirən başqa bir şey də var. Bir həftə öncə görüşü icra başçısı ilə razılaşdırmağın vacibliyini mənə demişdilər və mən də başçıya zəng vurmuşdum. Bir az tərəddüdlə olsa da, "gəlin, məktəbdə görüş keçirməyinizə bir söz demirik" demişdi. Rayona çatan kimi yanına getmişdim. Onda da "olmaz!" deməmişdi. Anlaşılmayan da məhz budur: üzdə mənə "etirazımız yoxdur” deyib, arxada başqa tapşırıq vermək iyrənc işdir, ayıbdır və bir rayon böyüyünə yaraşmaz...”

Xalq şairi hər şeyə rəğmən görüşün yüksək səviyyədə keçdiyini vurğulayıb: "Lakin əsəblərimiz pozuldu. Ancaq ortada çoxlu suallar qaldı. Niyə bir şairin, bir ziyalının öz doğma məktəbində görüş keçirməsi Prezident Aparatı və nazirlik səviyyəsində həll olunmalı, niyə rayon başçısı bu işə qarışmalıdır? Bu, məktəbin, müəllimin öz işi, öz səlahiyyəti və öz məsuliyyətdir. Hər xırda iş gedib rəhbərlik səviyyəsinə çıxmalı deyil.

İkincisi, bu nadir nüsxəni hardan tapıblar və Yardımlı kimi işləyən başçıya ciddi ehtiyacı olan rayona niyə göndəriblər?

Nəhayət, şagirdlərin cümhuriyyət bayramı ərəfəsində öz sevdikləri qələm əhliylə görüşünü önləmək istəyən bir adam hansı dövlətçilik, idarəçilik şüurundan və yerli əhaliyə hansı hörmətindən danışa bilər?”

635x100

Şərhlər

Ramin Mammadov 2018-05-27 00:26:55

Evvela heç bir kese kimese qarşı tehqireramiz sözler istifade elemek hüququ ve haqqı verilmeyib. Bele sözler ifade etmek ele sizin seviyyenizin göstericisi kimi qebul olunur. İkincisi, hansısa dövlet memuru haqqında fikir bildirdikde öz keçmişinize baxmağınız meslehet görülur hardakı dövlet ve dövletcilimiz üçün faydalı fealiyyetlere rast gelmek heqiqetende çetindi. Siz en başlıcası dövlet bascısının etimad gosterib muvafiq vezifelere teyin etdiyi şexslere hormet etmeyi ve tenqidle tehqiri ayırd etmeyi derindem oyrenmelisiniz Mehz bu keyfiyyetleri özünuzde birleşdiyiniz zaman şagirdler qarşısında cıxıs edib onlara tövsiyyelirinizi vere bilersiniz.

Cımşid Dərələyəzli 2018-05-27 00:26:55

Şurəvilər dövründə rayona təyin edilən başçı (Birinci katib) həmin vəzifəyə təyin olunana qədər böyük bir idarəçilik məktəbi keçərdi. İndi isə məsələn, baxırsan ən yüksək vəzifəsi şadlıq evində müdür olmuş və gününü kuxnada kolpasanın tərəzidə qramı ilə uğraşmada keçən bir adamın delosunu qoyurlar Prezidentin qabağına. Nəyimiş filankəsin qohumu imiş və s Nəticəsi isə bu başçılar bax beləcə öz yarıtmaz fəaliyyətləri ilə yerlərdə Cənab Prezidentin bunca fəaliyyətinə kölgə düşürmüş olurlar. Utancverici

Veten dashi 2018-05-27 00:26:55

Bu icra bashcilarinin coxu tesadufi ,sebatsiz ,bazarkom psixologiyali adamlardir.Hetta mekteb xadimesini ishe goturende 1000-1500 azn rushvet alirlar.(illik maashi qeder)

kluni 2018-05-27 00:26:55

Rüstəmxanlı-sabiq nazir və millət vəkili və s. və i. işlərdə olanda millət üçün, vətən üçün etdikləridir ki, Ayaz Əsgərov şəklində qarşısına çıxıb. P.S. Deyir al payını çağır Əhməd dayini::: Nə tökərsən aşına, o da çıxar qaşığına.

Veteran 2018-05-27 00:26:55

Burda teeccublu hecne yoxdur. Gundelik ozfealiyyetlerinde "cengellik qanunlari" ile xidemet eden memurlar coxdur!

şəkili 2018-05-27 00:26:55

Şəki də bu gündədir...................... Allah fəryadımıza çatsın.

ağsaqqal 2018-05-27 00:26:55

Allah sizə gülmək versin ,məni bir qədər ötən əsrə qaytardınız ...

t.ədalət 2018-05-27 00:26:55

Sabir müəllim özünü gündəmdə saxlamaq üçün çox çaba göstərir.Bunu mətbuata çıxarmağa elə də lüzum yoxdur.İH başçısını da qınamaq olmur.İndi onlara tapşırılıb ki,ətrafda milçək vızıltısı olsa belə dərhal yuxarılar xəbərdar olmalıdırlar..

Oqtay 2018-05-27 00:26:55

İCRA BAŞÇISIYLA RÜSTƏMXANLI ARASINDA QARŞIDURMA Məqalənin başlığındanda görünürki RÜSTMXANLI deyəndə hamı bilir kimdir ancaq icra başçısı adınıda yazmayıblar çünki fərq etməz sabah işdən qovdular olur heç kim ancq RÜSTƏMXANLI əbədidir

Müəllim 2018-05-27 00:26:55

Niyə bəzi rayonların icra başçıları tərbiyəsizik edən yaramazlardır? Bunlar necə seşilir və təyin olunurlar?

Dədə 2018-05-27 00:26:55

Yardımlıda rəhbər işçilər, o cümlədən başçı 5-ci günlər rayonu tərk edir, Bakıya evlərinə gedir, 1-ci gün günortadan sonra geri dönürlər.Qalan günlər də başçı başda olmaqla yeyib içməkdən başqa iş yoxdur. Qaldı ki başçının ətrafına, Yardımlının ən keyfiyyətsiz adamlarıdır. Hələ Sabir bəyi orda narkotiklə şərləməyiblər böyük işdir. Bir də, başçı desə ki Sabir bəyi tanımayıb, ınanın. Nə isə, yazıq yardımlılar. ...

ayzek 2018-05-27 00:26:55

SABİR BƏY YAXŞI BİLMƏLİDİR Kİ AZIRBAYCANDA İNSANLARIN BİR YERƏ TOPLAŞMASI ÜÇÜN HÖKMƏN "YUXARILARIN" RAZILIĞI OLMALIDIR.2-CİSİ DƏ Kİ HANSI RAYONUN İCRA BAŞÇISI QEYRİ-NADİR NÜSXƏDİR,SİZİN UCARLI QOHUMLARINIZ DAXİL?

omer 2018-05-27 00:26:55

Ne deyesen?yeqin ozu geder?

Son yazılar