Ötən il Braziliya Azərbaycana 172 milyon dollarlıq əmtəə ixrac edib

Dərc olunub: 27/05/2018 - 10:35

1f31f40e51997a3da927549a2a7472f4Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun Braziliya dövlətinə məxsus mətbuat holdinqi olan, “Agenciabrasil EBC” informasiya portalında “Azerbaijan bolsters economic cooperation with Brazil” adlı müsahibəsi dərc edilib.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən “Report”a verilən məlumata görə, müsahibədə Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə və Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə geniş yer ayrılaraq, ölkəmiz haqqında, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrə dair ətraflı məlumat verilib.

Qeyd edilib ki, iki ölkə arasında geniş ticarət imkanları mövcuddur. Ötən il Braziliya Azərbaycana 172 milyon ABŞ dolları məbləğində əmtəə ixrac edib. Azərbaycan isə öz növbəsində 112 min dollar məbləğində əmtəə ixrac edib.

Müsahibənin sonunda, agentlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında qısa məlumat verilib və Azərbaycan ərazisinin iyirmi faizinin – Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb.


loading...




Fikrinizi bildirin