Ronaldo Çempionlar Liqasının 2017/18-ci illər mövsümünün ən yaxşı bombardiri olub

Madridin "Real" komadasının hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının cari mövsümünü turnirin bombardirlər siyahısında birinci yerdə bitirib.

“Report” xəbər verir ki, portuqaliyalı futbolçu 13 oyunda 15 qol vurub (4-ü penaltidən) və 3 məhsuldar ötürmə edib.

İkinci yeri İngiltərənin "Liverpul" komandasının yarımmüdafiəçisi Məhəmməd Salah tutub. O, 15 oyuna 11 qol vurmağa nail olub. Mövsümü üçüncü sırada "Liverpul"un hücumçusu Roberto Firmino (11) başa vurub.

Dördüncü yeri də mersisaydların daha bir təmsilçisi olan Sadio Maneyə məxsusdur. Forvard ampulasında çıxış edən futbolçunun hesabında 10 qol var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar