HACIBALA ABUTALIBOV BŞİH-dən AYRILA BİLMİR - Hər gün işə gedir + FOTO

Bir aydan artıqdır Azərbaycan prezidenti İlham Əliyev sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.O, aprelin 21-də Baş nazirinin müavini vəzifəsinə təyin edilib. H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı adı çəkilsə də, hələlik təyinat yoxdur.

Maraqlısı olan odur ki, Hacıbala Abutalıbov Bakı meriyasından ayrıla bilmir. Criminal.az saytına daxil olan məlumata görə, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir.

Qeyd edək ki, Hacıbala Abutalıbov Bakı meri postundan getsə də, paytaxtın icra başçısının xidməti maşını olan 10 AA 008 dövlət nömrə nişanlı, BMW markalı avtomobili təhvil verməyib. Belə ki, H.Abutalıbov hələ də həmin maşından istifadə edir. Unikal.orq-a istinadən həmin fotoları təqdim edirik.

Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir - FOTOLAR

Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir - FOTOLAR

Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir - FOTOLAR

 

 

635x100

Şərhlər

Bakılı 2018-05-27 12:06:08

Daha doğrusu desinlər ki, ayıra bilmirlər.Bu daha doğru olar.Çünki adamın sərəncamı verilib.Yerinə təyinat yoxdur.Necə yəni ayrıla bilmir? Bəs Prezidentin sərəncamı? İcra edə bilən yoxdur?

Atalar sözü: 2018-05-27 12:06:08

.... QAPIYA GEDƏR!

KEÇİB MAKLERLİYƏ-DÜZ QOŞ SÖHBƏTLƏRİNƏ BAXIR: 2018-05-27 12:06:08

HƏM DƏ GÖR NEÇƏ İLD Kİ, BAKINI ELƏ DÜZÜB QOŞUB Kİ, BİR GÜN HÜNDÜR BİNALARLA BİR YERDƏ BAKI GEDƏCƏK XƏZƏRİN DİBİNƏ, HACIBALA MÜƏLLİMİN DÜZ QOŞ SİYASƏTİ NƏTİCƏSİNDƏ-İNDİ GÖRƏRSİZ: -YASAMAL-ŞƏRİFZADƏ KÜÇƏSİ ARTIQ ÇAT VERİR VƏ BİR ÇOX YERLƏR BAKIDA SRÜŞÜR VƏ BAYIL YAMACI BİR SİQNAL İDİ BAKINI YÜKLƏMƏYİN ...!!! -BAIKINI TARİXİ ABİDƏ KİMİ SAXLAMAQ, QORUMAQ VƏ GƏLƏC K NƏSİLLƏRƏ ÖTÜRMƏK LAZIMDIR! -ƏLƏTDƏN-PİRALLAHIYA KİMİ BOŞ TORPAQLARDI, ƏHLİYƏ QƏŞDA YAXŞI QAZ-İŞIQ-SU VERMƏK VƏ NƏQLİYYATLA TƏMİN ETMƏK LAZIMDIR!

Bakılı 2018-05-27 12:06:08

Bakılılar demişkən gözü qalıb orda.Ora gələn adam çətin ordan xeyir görər.Allah bilir hər yeri cadulayıb.Deyilənlərə görə Hacıbala yaman falçıpərəstdir.Tzə gələn gərək oranı yaxşı-yaxşı təmizlətsin cadudan.Yoxsa çətin məsələdir.Ora gələsi adamın yolunu bağladıb yəqin. Göz doymur da neyləsin.Allah gözünü doydursun birdəfəlik.

AHA TAPDIM - EVRİKA!!! BİLİRSİZ HACIBALA NİYƏ AYRI 2018-05-27 12:06:08

BİR DƏFƏ DEYİLƏN SÖZÜ ELƏMİYİB-BUNA GÖRƏ DƏ ELƏ HƏMİN BİNADA YAXŞI DƏRS ALIB! İNDİ DƏ AXI HACIBALANI ORDAN ÇIXARTMQDAN ÖTRÜ ONA YAXŞI AĞSAQQAL DƏRSİ LAZIMDIR, YOXSA XOŞLUQNAN HACIBALA "SÜLALƏSİNİN GÖRMƏDİYİ GÜNÜ VƏ VARİDATI" ƏLDƏ ETDİYİ YERDƏN ƏL ÇƏKƏN DEYİL! GEDİB ORDA BOYNUNU BURUB DAYANIR Kİ, BƏLKƏ DƏ, YAZZIĞI GƏLDİ FƏRMANI LƏĞV ETDİ! AXI VİCDANLA AZƏRBAYCANA XİDMƏT ETMƏK ÜÇÜN VƏZİFƏNİN ƏHƏMİYYƏTİ YOXDUR! LAKİN GÖRÜNÜR Kİ, HACIBALALAR AZƏRBAYCANA YOX, CİBLƏRİNƏ XİDMƏT EDİRLƏR!

HACIBALA MAHNISI: FAİQ AGAYEV İFA EDİB 2018-05-27 12:06:08

AYRILMA MƏNDƏN, AYRILMA MƏNDƏN, ALLAHI SEVİRSƏNSƏ GƏL AYRILMA MƏNDƏN! İCRANI SEVİRSƏNSƏ, AYRILMA, AYRILMA, ONDAN AY HACIBALA! AYRILMA ONDAN! YADA BELƏ: KÜÇƏLƏRƏ SUSƏPİLİB, HACIBALA İCRAYA GƏLƏNDƏ TOZ OLMASIN, TOZ OLMASIN1

ilham 2018-05-27 12:06:08

hascıbala deyirdi bəs qocalanda gedib ulu öndərin qəbrini qoruyacam qulluq edəcəm ona bəs nə vaxt gedəcək. belə getsə ora getməyə imkanı olmayacaq

rasim 2018-05-27 12:06:08

Hacıbala, Başçı yoxluğundan istifadə edərək, yığımı elə fantastik həddə çatdırmaq istəyir ... get Bakıya ağsaqqallığı davam etdir. Suraxanıdan Nazirlər Kabinetinə gələndə də Hacıbala bu metoddan istifadə edib. Suraxanıya o vaxtlar təmiz, ziyalı, mədəni insan olan Natiq Mehdiyevi Başçı, qardaşının kürəkəni Vüqar Seyidovu isə ona birinci müavin təyin etdirib və Vüqarla Suraxanıda yığımı həyata keçirib. Pula hərislik olmasa idi, Hacıbala vəzifədə qala bilməzdi!

Atalar sözü 2018-05-27 12:06:08

AĞZINDA ŞİRƏ QALIB!

o.b.n 2018-05-27 12:06:08

yəqin oranı özəllədirib.

BAKILI 2018-05-27 12:06:08

Baw.....

t.ədalət 2018-05-27 12:06:08

"Kəlilə və Dimnə" əsərində qızmış bir dəvənin təhlükəsindən savınmaq istəyən birisi özünü əjdəhanın olduğu bir quyuya atır.Quyuda gözünə bir bal pətəyi sataşır və barmağını ona batırır.Ölüm qorxusu onun bala olan sevgisini azaltmır..İndi Hacıbala müəllim də Bakı şəh.İH başçısı olanda o qədər sərvət toplayıb ki,o sərvətin şirəsi hələ də onu rahat buraxmır..

naxçıvanlı 2018-05-27 12:06:08

Hacıbala yeni Başçı təyin edilənə kimi öz əməllərini ört-basdır etmək istəyir. Bunun üstünün açılması onun yerinə təyin ediləcək şəxsin savadından və təcrübəsindən asılıdır. Hacıbalanın hər gün orda peyda olması oraya öz adamını təyin etdirə bilməməsi ilə əlaqədardır. Görünür təhlükə var. .... mühüm xüsusiyyətlərindən biri, təhlükəni əvvəlcədən hiss etməkdir. Buna görə də o, Nazirlər Kabinetinin həbsxana ilə əvəz olunmaması üçün bacardığı qədər müqavimət göstərir.

Vasif 2018-05-27 12:06:08

Niyə qoymursunuz adam yarımçıq qalmış hesablarını bağlasın.Axı oradakılar hələ onun kadrlarıdır.Orada pul var.Nazirlər kabinetində hələ bir şey yoxdur.Kim gəliri qoyub boş yerə gedər?Adamı işdən çıxarmısınız,yaxşı,yerinə adam qoyun.O da Abutalıbovun adamlarını qovsun,öz yaxınlarını yığsın ( hər yerdə olduğu kimi).O zaman Abutalıbov haraya və nəyə gələcək?Guya bunu bilmirsiniz?

İRADƏ 2018-05-27 12:06:08

Baxın ki,nə gündəyik.NK-ni də,Baksoveti də ləğv eləsələr heç nə dəyişməyəcək..sadəcə bir qurup ``Qoca`` qeybət eləmək üçün özlərinə yer axtaracaqlar.Bu qurumların hakimiyətdə heç bir rolu yoxdur.

Son yazılar