"Bu ilin sonunda Fransa prezidentinin Azərbaycana səfəri gözlənilir" - Fransa XİN rəhbəri

"Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bizim sıx əlaqələrimiz var".APA-nın xəbərinə görə, bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

Fransalı nazir deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir: "Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi. Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir".

635x100

Şərhlər

t.ədalət 2018-05-27 14:13:48

Fransa tarixən həmişə ermənilərin yanında olub.Onların gəlişi də,gedişi də--hamısı Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həll olunmasına hesablanıb.Fransızlar,təəssüf ki müsəlmanları aldatmaq,onların sərvətinə əl uzatmaq kimi xəyanətkar bir siyasət aparırlar.Bunu Qəddafi ilə münasibətdə də gördük..

Son yazılar