Türkiyə PKK-ya tarixi zərbə vurdu - Terrorçu təşkilat dağılır

pkk-ya-kara-harekati-haftaya-1438833365Türkiyə təhlükəsizlik orqanlarının əməliyyatları nəticəsində çox sayda terrorçunun zərərsizləşdirilməsi və terror qruplaşmasına insanların qoşulmasının azalması PKK-nın tarixindəki ən çətin vəziyyətə düşməsinə səbəb olub.

Axar.az xəbər verir ki, əməliyyatlar nəticəsində öldürülənlərin yerinə döyüşəcək insan tapmayan terror qruplaşması cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatıldığı halda, bu rəqəm 2018-ci ilin ilk aylarında cəmi 43-ə bərabər olub.

Çarəsiz vəziyyətdə qalan terror qruplaşması üzvləri təzyiq və zülmdən yaxa qurtarmaq üçün çarəni qaçmaqda tapıb. 2016-cı ildə 466, 2017-ci ildə 429 terrorçu təhlükəsizlik orqanlarına təslim olub.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-05-27 16:33:35

Axar.az, çaу suları тorpagı, canlıları və büтov тəbiəтi canlandırır. PKK-lar, arтıq çoxsaуlı (PУJ, İŞID,) sələfləri kimi siуasi deуil, daşnaq kimi digər əhaliуə qarşı "Тəbii varlıq уalnız mənimdir!", silahlı genosidi aparırlar!? Q.Məmmədovun BB-уaуa ezamı da уeni HK məramı kimi hiss olunur?

Son yazılar