Ronaldo "Real"dan ayrılır?

"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrıla bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadla yaydığı xəbərə görə, o, Çempionlar Liqasının finalında "Liverpul"la oyundan (3:1) sonra verdiyi açıqlamada buna işarə vurub. Portuqaliyalı hücumçu deyib:

“Real”da oynamaq gözəl idi. Həmişə mənə dəstək olan azarkeşlərə qarşıdakı günlərdə gələcəyimlə bağlı lazımi açıqlamaları verəcəm. İndi isə yazdığımız tarixdən həzz almaq lazımdır".

Qeyd edək ki, K.Ronaldo 2009-cü ildən "Real"ın şərəfini qoruyur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar