Qurban Məmmədovun mühacirətə getdiyi təsdiqləndi - "Buna məcbur elədilər"

qurban mermemdfododAzərbaycanın tanınmış hüquqşünaslarından biri, “Hürriyyət” qəzetinin keçmiş təsisçisi Qurban Məmmədov siyasi sığınacaq almaq üçün Britaniya Krallığına müraciət edib.

Bu haqda məlumatı Gununsesi.info saytı onun yaxınlarına istinadla yayıb.

Qurban Məmmədov isə artıq siyasi mühacir olduğunu təsdiqləyib: “Təəssüf ki, buna məcbur elədilər”.

Bildirilir ki, hazırda Böyük Britaniya Krallığında olan Qurban Məmmədovun bu addımı atmasına səbəb onun yenidən həbs edilmə ehtimalı olub.

Qeyd edək ki, Q.Məmmədov bir neçə dəfə siyasi məhbus həyatı yaşayıb.

635x100

Şərhlər

Saad Cəlali 2018-05-27 20:53:58

Lazım gələrsə, lap kosmosdan da geri alarlar. O, da, səssiz vuran dirsəklərdən biri ola bilir.

Akif 2018-05-27 20:53:58

Çox heyf ki, Azərbaycanın ləyaqətli ziyalısı digər soydaşlarımız kimi mühacirət etmək məcburiyyətində oldu. Çox heyf. Bu şəxsiyyətə həyatda tutduğu saf əqidəli mövqeyinə görə uzun ömür və uğurlar arzulayıram. Tam əminəm ki, tezliklə Qurban Məmmədov kimi şəxsiyyətkərimiz doğma Vətəninə qayıdacaqlar.

qaytaran 2018-05-27 20:53:58

görən dindarlar niyə yaşamağa ərəb ölkələrinə deyil, Avropaya gedirlər? çox ziddiyyətli məqamdır..

Son yazılar