Bank rəhbəri məşuqəsi Nailə Əsgərzadəyə milyard bağışladı

Beynəlxalq İqtisadi Forum-2018-in gedişatında, hansı ki, hazırda Sankt-Peterburqda keçirilir, məlum olub ki, VTB bankı "Maqnit" şəbəkəsinin aksiya paketini S. Lavrovun kürəkəni Aleksandr Vinokurova satıb və özü də onun xərcini ödəyib. Virtualaz.org-un məlumatına görə, KİV sazişdə bankın başçısı tərəfindən federal büdcədən bir milyard dolların yuyulmasının əlamətlərini müşahidə edib.

Aksiya paketinin bazar qiyməti 62,5 milyard rubl təşkil edir. Ancaq Vinokurov, hansı ki, Rusiyanın əsas reyderlərindən biri adlandırırlar, "Maqnit"i təkcə tamamilə pulsuz almayıb, üstəlik onun üçün alıcıya pul da ödəyiblər. Ödənişi edən isə, "Rospress"in yazdığı kimi, satıcı – VTB bankı özüdür.

Mənbə deyir ki, bankın başçısı A. Kostin öz maliyyə qurumundan 1 milyard dollar çıxarıb və onu Vinokurova verib. Beləliklə, dövlət büdcəsindən (xatırladaq ki, VTB bankı dövlətindir – red.) milyard dollar oğurlanıb, hansı ki, Kostin və Vinokurov öz aralarında bölüblər.

"İnfoteka" nəşri qeyd edir ki, VTB-nin başçısı Kostin yuxarıda təsvir olunan fırıldaqlar sayəsində əldə edilən pulun öz payına düşən hissəsini məşuqəsinə- məşhur televiziya aparıcısı Nailə Əsgərzadəyə xərcləyib.

Nailə Əsgərzadə birbaşa yayımda

O, qıza Moskvanın mərkəzində mənzil (sahəsi – 228 kv. m, dəyəri – 250 milyon rubl), həmçinin Jukovkada şəxsi malikanə (sahəsi – 920 kv. m, dəyəri – 620 milyon rubl) və bir neçə elit-sinif avtomobili (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I) və s. hədiyyə edib.

"Rospress”in" məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyardı ötür. Bütün əmlaklar ya bankirin etibar etdiyi şəxslər, ya da offşor vasitəsilə hədiyyə edilib.

635x100

Şərhlər

t.ədalət 2018-05-27 22:03:43

Adətən,belə qadınların təbliği bizim milli mentalitetə ziddir.Qoca rusa pulunun müqabilində "arvadlıq" edən bu qadınla qızını erməniyə verən abırsız diaspor sədri arasında bir fərq yoxdur.Gəlin,qeyrəti ilə Vətənimizə gərək olan qadınlarımızı təbliğ edək!Milli örtüyünü itirmişlər Vətənimiz üçün əsgər doğmurlar.

t.ədalət 2018-05-27 22:03:43

Adətən,beülə qadınların milli mənsubiyyəti olmur.Qoca bir rusa arvadlıq edən,pulun müq

sevdimalı 2018-05-27 22:03:43

nooldu indi də bizimkilər hay arvadlarının yolunu getməyə başlayıblar? bunun millətə hansısa xeyri olacağını düşünmək mənasız olar məncə..

Azad Qarabaglı 2018-05-27 22:03:43

100 il əvvəl mərkəzi hakimiууəтi əsasən haуlardan ibarəт komunisтlərə vermək üçün müdafiə qüvvələrini Qarabaga уonəldirdilər. Уerli тürk lider тəklifi də indikinə bənzər azdırıcı тərz idi. Belə separaтizmi аdəтən, haуlar məqsədi nəтicə ilə, тürklər isə erkək-dişi уozması ilə biтirirlər? Kürəkən məlum! VТB və Rospress aşkar. Magniтə Bakıdan ozümüz qazandırırıq!? Bəs, ТV aparıcısı burada KİMinlə əlaqəlidir? Aranacaq baş məchul qalıb!?

Son yazılar