“Həqiqi addımlar atmağın vaxtı çoxdan gəlib çatıb” - Polad Bülbüloğlu

"Prezident İlham Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət aparılır. Bu siyasətin əsasında istisnasız olaraq bizim milli maraqlarımız dayanır".

APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

P. Bülbüloğlu deyib ki, məhz ölçülü və çoxistiqamətli xarici siyasət sayəsində Azərbaycan ildən ilə öz mövqelərini həm regionda, həm də dünyada möhkəmləndirir: "Bir neçə il bundan qabaq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı üzvlərinin tam əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, onu göstərirdi ki, dövlətimiz özünü beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi işinə böyük töhfə vermək bacarığı olan etibarlı tərəfdaş kimi təsdiq edib. Başqa bir parlaq göstərici isə son illər ərzində Bakının siyasi və humanitar xarakter daşıyan böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Əlavə etmək istəyirəm ki, Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşləri təşkil edilib, bu görüşlərdə regional və beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər müzakirə olunur".

Səfir qeyd edib ki, bütün dövlətlər ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan Azərbaycan Ermənistanla münaqişə vəziyyətindədir: "Bu ölkə artıq 30 ildir ki, Azərbaycana qarşı hərbi işğalçılıq siyasəti aparır, ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının, ATƏT, Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, islam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onları tamamilə rədd edir, beynəlxalq hüququn prinsip və normalarını pozaraq "status-kvo"nun qorunub saxlanmasına istiqamətlənmiş tədbirlər görməyə davam edir. Sözsüz ki, mövcud "status-kvo" qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı həqiqi addımlar atmağın vaxtı çoxdan gəlib çatıb".

635x100

Şərhlər

keçici qırmızı bayraqlar 2018-05-27 23:23:10

Ey cənabi səfir-"YUNESKO-ya səd rolmaq istəməyən".Deyirsən ki, Ermənistan rədd edir. Bir kəlmə dəyəydin ki, sarı gədə qoymur bu məsələnin həll olunmasına və Yapon İmperatorları (Z.H.) da bu məsələni həll etməyəcək...., bir xanım Zaxarovanın qabağında mıqq edə bilmirsiniz, nədən danışırsınız???

Abdulla 2018-05-27 23:23:10

Belə qənaətə gəlinir ki, bu günə qədər atılan addımlar qeyri-həqiqi olub?

Mehdi 2018-05-27 23:23:10

Saq ol Polad bey.Deyesen sen indice yuxudan ayilmisan.Bes bu 25 ildiki haralardasan sen allah.Mezen olsun ay Pulad muellim.Az qalmisdi gulmekden qarnnim cirilsin.

MAKSİMUS 2018-05-27 23:23:10

Polad bəyin fikirlərinin reallaşmasını hər bir vicdanı olan şəxs istəyir.Lakin bütün bunlar ancaq sözlərdən ibarətdir.Rusiya bizə qardaş dost desə də Ermənistanı bizdən üstün tutub və tutacaq.Biz bütün neftimizi və ərazimizi ruslara versək də rusiya erməniləri dəstəkləyəcək.Qarabağın işağaldan azad olunması üçün bizim də bir az da olsa qətiyyət göstərməyimiz lazımdır.Heç olmasa ayda bir dəfə XANKƏNDİ VƏ DİGƏR ŞƏHƏRLƏRİ RAKET ATƏŞİNƏ TUTSAQ ERMƏNİLƏR HƏR ŞEYƏ RAZI OLARALAR.ŞÜBHƏSİZ BELƏDİR.

Müfəttiş 2018-05-27 23:23:10

Başa düşmədim ki, nəyin vaxtı çoxdan gəlib çatıb.....

Son yazılar