4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 83,6 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə artıb, maşın və avadanlıqların istehsalı 5,6 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb. 4 ay ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 505 traktor, 130 minik avtomobili istehsal olunub.

635x100

Şərhlər

buzlaq 2018-05-27 23:36:04

Şeyx Nəsqullahın dili ilə: Mən ölüm lotusan əl ver. 505 traktor, 130 minik avtomobilində cəmi neçə dənə bolt bağlamısınız???

Son yazılar