“BAKİNETS” ƏDƏBİYYATI VƏ YAXUD MANQURTLUĞUN TƏBLİĞİ – İsfəndiyar Vahabzadədən İbrahimbəyova tərs sillə

İsfəndiyar VAHABZADƏ,

Filologiya elmləri doktoru, professor

Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını aşağılayan, təhqir edən əsərləri nə bu gündən, nə dünəndən başlayıb. O, bu xalqa olan nifrətini həmişə açıq-aydın bildirib. Sadəcə olaraq, son zamanlara qədər ya onu başa düşən olmayıb, ya da heç kim onu başa düşmək istəməyib. Əksinə, bir çox hallarda onun antimilli əsərlərinə tərif-tərif dalınca yağdırılırdı.

Antimilli ştrixlər onun ssenarilərində, hekayələrində özünü hər zaman açıq-aydın göstərib. Adicə onun «Bir cənub şəhərində» adlı filmi xalqın ağrılarını, acılarını göstərmirdi. Nədənsə, bu əsər çox böyük səs-küyə səbəb olmuşdu. Mən bir ədəbiyyat üzrə elmlər doktoru, professor kimi, deyə bilərəm ki, onun heç bir əsərində xalqımızın ağrıları, acıları özünü büruzə verməyib. Adicə cümlə quruluşları, təhkiyə üsulları, konfliktlər, dialoqlar heç bir zaman bir-birinə bağlı olmayıb. Amma, nədənsə, cəmiyyət onun əsərlərini çox səs-küylə qarşılayırdı. Baxmayaraq ki, o, hər bir əsərində Azərbaycan xalqını təhqir edirdi. Məsələn, R.İbraqimbekovun (İbrahimbəyov yox, İbraqimbekov) «Bağlı qapı arxasında» filmindən bəzi fraqmentləri yada salaq. Səhv etmirəmsə, bu film 80-ci illərdə çəkilmişdi. Filmdə millətlərin bir-birinə qaynayıb-qarışması təbliğ olunurdu. Əsərin müsbət qəhrəmanlarından biri olan qoca bir erməni çəkməçi azərbaycanlıya öz çirkli çəkmələrini sildirərək deyir:

– «Ara, sən bir mənə qulaq as. Nə fərqi var ki, yəhudi olsun, ya rus, ya erməni olsun, ya azərbaycanlı – bütün bunlar boş-boş şeylərdir. Əsas məsələ bizim hamımızın bir torpaqdan olmasıdır. Bax, fikir ver, biz hər ikimiz Şamxaradlıyıq…”

Coğrafi ərazilərdə Şamxarad adında yer yoxdur. Bəlkə də var, mən bilmirəm. Hər halda belə bir yer Azərbaycanda yoxdur. Bəlkə də Ermənistanda var. Və bu qoca erməni israrla azərbaycanlıya deyir və ona təlqin edir ki, qarabağlılar, naxçıvanlılar hamısı bir-birlərini tutub, bir-birilərinə arxa olduqları kimi, gərək biz Şamxaradlılar da bir-birimizə arxa olaq.

Hə… Qarabağın, Naxçıvanın yerli əhalisinin kimlərdən ibarət olduğunu bildik. Bunlar azərbaycanlılardır. Bəs, R.İbraqimbekovun qələmə alıb təsvir etdiyi Şamxaradın yerli əhalisi kimlərdir? Bu isə məlum deyil.Yalnız bir məsələ məlumdur ki, bu yerin əhalisi Şamxaradlılardır. Yəni, burada həm ermənilər yaşayır, həm ruslar, həm yəhudilər yaşayır, həm də başqa millətin nümayəndələri. Və bunlar hamısı birləşərək Şamxaradlı olublar. Yəni “Bakinets”.

Əsərdə göstərilir ki, vaxtilə cinayət edib həbsxanaya düşmüş əslən Şamxaradlı olan birisi indi həbsxanadan azad olub evinə dönüb. O, vaxtilə bu cinayəti dostuna görə edibmiş. Dostu isə Şamxaradlı deyil, sadəcə olaraq azərbaycanlıdır. Və dostu cinayət baş verən zaman Şamxaradlını qoyub qaçıb. Şamxaradlı isə dostu azərbaycanlıya görə həbs olunub. Hətta, doğma atası belə ona kömək etməyib. Çəkinib, qorxub. Halbuki, kömək etməyə əlində imkanı var idi. Əsərin sonunda göstərilir ki, həbsdən çıxan bu Şamxaradlı az bir vaxtdan sonra haqsızlığa dözməyib yenə nəsə bir cinayət edib. Bu gənci vaxtilə darda qoyan azərbaycanlı dostundan və ona kömək etmək istəməyən atasından fərqli olaraq, milliyətcə erməni, əslən Şamxaradlı olan bu qoca isə onu heç nədən qorxmayaraq müdafiə etməyə gedir…

Müəllifin əsərdə nə demək istədiyi məlumdur. Dini, adəti, dili, ənənəsi, kökü, tarixi olmayan yeni bir millətin – “Bakinets” (bakılı yox, məhz “bakinets”) millətinin yaradılması! Və bütün bunlar hamısı birləşərək rayondan gəlmələrə qarşı mübarizə aparmalıdır. «Afərin» belə bir təbliğata.

Yaxud, «Anın hökmü» adlı başqa bir əsərini götürək. Guya ki, haradasa Səngəçevir adlı bir şəhər, yaxud rayon vardır. Və burada Feliks, Alik, Toma, Edik, Ramiz və daha kimlərsə yaşayır. Az-çox damarlarında milli qan axan hər hansı bir şəxs bu əsəri oxuyan kimi dərhal başa düşür ki, bu Səngəçevir deyilən yer manqurt yığnağıdır. Sözsüz ki, Azərbaycanda Səngəçevir adlı yer yoxdur. Və mən Azərbaycanda elə bir sarsaq yer tanımıram ki, orada cinsiyyətləri və milliyyətləri məlum olmayan Felikslərlə, Ediklərlə, Aliklərlə Ramizlər dostluq etsin. Yəni, müəllif bununla onu demək istəyir ki, burada bütün millətlər hamısı bir-birinə qaynayıb-qarışıb. Hamı birlikdə Səngəçevirli olub, yəni “Bakinets”. Səngəçevirlilər də Şamxaradlılar kimi əla insanlardır. Çünki burada da millət anlayışı yoxdur.

Və bu Səngəçevir deyilən yerdə hamı da bir-birinə can deyib, can eşidir. Birinin həyat yoldaşı rusdur, digərininki erməni. Bunun isə qətiyyən fərqi yoxdur. Əsas məsələ odur ki, bunlar Səngəçevirlilərdirlər. Hətta Oqtayadlı birinin həyat yoldaşı rusdur. Və o qadın gecələr evə gəlmir. Səhərlər isə evə çoxlu pul gətirir. Oqtay da bunu bilir. Bilir ki, arvadı ona xəyanət edir. Amma Oqtay bütün bunlara göz yumur. Neyləsin? Həm də axı nə olsun ki, axı nə var burda? Əgər Oqtayın arvadı fahişədirsə, özü bilər. Bunun heç kimə dəxli yoxdur. Belə hərəkətlər görünür, Səngəçevirin “milli mentalitetinə” tam uyğun gəlir.

Alik adlı başqa birisi isə öz toyuna iki gün qalmış halalca nişanlısının yarıçılpaq halda başqa birisinin qucağında oturmuş şəklini tapır. Və bilmir ki, neyləsin. Əsərin digər qəhrəmanı Hatəm… isə Alikə başa salmağa çalışır ki, burada elə bir qəbahət iş yoxdur. Nə olsun… Həyatda belə-belə işlər çox ola bilər. Kişi də kənara gedə bilər, arvad da. Əsas məsələ budur ki, sənin ailə qurmaq istədiyin qız əslən Səngəçevirlidir… Sonra isə Hatəmin özünün həmin qıza, yəni dostunun nişanlısına gözü düşür. «Afərin»!

Öz əsərlərində Şamxarad, Səngəçevir və sairə adlardan istifadə edən R.İbraqimbekov nədənsə «Doqquzuncu xrebtovu» əsərində Azərbaycana Əlibəy Hüseynzadə kimi bir dahini bəxş edən Salyan əhlinə «nakişi» deyir. Özü də, maraqlısı budur ki, Salyan əhlinə «nakişi», «…hələ indiyə kimi, Salyandan kişi çıxdığını görməmişəm», deyən Tofiq adlı bir sürücüdür. Və ali təhsilli jurnalist olan bir nəfər də Tofiq və onun dostları haqqında deyir ki, bunlar çox təmiz, pak, düz danışan insanlardır. Onda demək, R.İbraqimbekovun sözlərindən belə çıxır ki, belə düz danışan adam əgər salyanlılara «nakişi» deyirsə, o sözün düzünü deyir. Görəsən, müəllif Əlibəy Hüseynzadənin, Xəlil Rzanın bu millətdən nigaran gedən ruhundan xəcalət çəkirmi? Heç bəlkə onları tanımır da. Əlbəttə, İbraqimbekovlar onları tanımazlar.

Yuli Sezar deyib ki, qəhrəmanlığın qarşısını vaxtında almasan, o, qudurğanlığa çevrilə bilər. Sözsüz ki, İbraqimbekovun dediyi bu sözlər qəhrəmanlıq deyil. İkincisidir. Və bunun qarşısı vaxtında alınmalı idi. Amma qarşısı alınmadı. Əksinə, təltif-təltif dalınca, titul-titul dalınca… gəldi. O da düşündü ki, mən nə qədər milləti təhqir etsəm, daha çox şöhrətlənərəm. Elə ona görə də, «Qafqaz üçlüyü» filmini yazdı və çəkdi.

İndi sual olunur, belə manqurtluğu təbliğ edən əsərlərlə R.İbraqimbekov nə demək istəyir və millətə hansı tərbiyəni vermək istəyir?

Bu yerdə daha bir xatırlatma:

«Ad günü» əsərində isə tikintidə fəhlə işləyən Bahadurun həyat yoldaşı ermənidir. Və Bahadur da arvadının məhz erməni olması ilə xüsusi fəxr edir. Çünki qayınları Albert və Hamlet əla rəngsazdırlar. Həm də gözəl səsləri var. Hərdənbir əla erməni mahnıları oxuyurlar. Və Bahadur da belə mahnılardan xüsusi zövq alır.

… Əsərin digər qəhrəmanı Boris Leybinin arvadı isə azərbaycanlıdır… Və sair və ilaxır…

Və belə manqurtluğu təbliğ edən əsərlər isə İbraqimbekovun «yaradıcılığında» kifayət qədərdir.

Bu Azərbaycanlı “bakinetslər” dostluq etdikləri və yaxud bir həyətdə yaşadıqları rubenlərə, aşotlara, abramlara, semalara, mişalara üstünlük verir, onlarla oturub-dururdular. Amma öz milli zəminindən uzaqlaşan və öz ənənəsinə nifrət edib gülən bu “bakinetslər” və onların yolu ilə gedənlərin bir məsələdən qətiyyən xəbərləri yox idi. Bu dostluq edib, oturub-durduqları rubenlər və abramlar, semalar və mişalar onun özünün mənsub olduğu millətə nifrət edirlər. Və bu nifrət o qədər güclüdür ki, nəinki uzun illərdən bəri, bu ölkədə yaşamalarına baxmayaraq, onun dilini öyrənmir və bu dilə nifrət edir. Hətta «Mən Azərbaycan vətəndaşıyam» sözünü belə dillərinə gətirməyə xəcalət çəkirlər. Ya “Bakinets” deyirlər və bununla öz dilini bilməyənlərimizə təlqin edirlər ki, biz hamımız eyni bir millətdənik. Yəni «Bakinets». Bizə qətiyən fərqi yoxdur ya erməni olsun, ya rus, ya yəhudi olsun, ya da ki moltanı. Biz hamımız birik. Və eyni bir millətin də nümayəndəsiyik. Bakı Azərbaycandan ayrı bir yerdir. Bakı yeni bir ölkə, “Bakinets” isə yeni bir millətdir. Və bu millətin dili Azərbaycan dilində jarqonlu, Bakı ləhcəsi ilə rus dilidir. Və bu dili bilməyənlər isə bizdən deyil, yəni “Bakinets” deyillər, azərbaycanlı – çuşkadırlar. Yerli-köklü əsil bakılılar da “Bakinets” deyillər. Onlar da «qədeşdirlər». O zaman bizim o “Bakinets”lərimizin birinin də ağlına gəlmirdi ki, bu rubenlərdən və mişalardan soruşsun ki, aya, bu “Bakinets” dediyin zad ki, belə yaxşı və dəyərli bir şeydirsə, niyə bunu gedib öz xarabanızda tətbiq etmirsiniz? İndiyə kimi heç olubmu ki, bir nəfər erməni durub desin ki, mən erməni deyiləm, Yerevanetsəm. Və yaxud desin, kənddən gələn erməni bizdən deyil, Yerevanda yaşayan Əhməd isə Yerevanetsdir və mənə Rubendən yaxındır. Axı belə bir şey olmayıb.

Ermənistanın xalq yazıçısı Vardges Petrosyan bir dəfə parlamentdə çıxış edərkən demişdi ki, nə ermənilər öz torpağını qoyub gedəndirlər, nə də azərbaycanlılar, biz dil tapmalıyıq. Bunun üstündə Vardges Petrosyanı öz qapısının ağzındaca güllələdilər.

İndi isə erməni ziyalılardan gətirdiyim misalları çəkirəm:

«İndi bizim küçələrimizdə sırf erməni danışığı eşidilir. Nə türkcə (azərbaycanca), nə rusca kəlmələr eşidilmir. Müstəqil bir millət üçün bundan böyük xoşbəxtlik yoxdur».

Mesrop Maştos mükafatı laureatı Silva Kaputikyan. Ermənistan. «Mir» jurnalı, №5.

***

«Qarabağ qədim erməni torpağıdır. Və erməni torpağı olaraq da qalmalıdır. Bu torpağa ermənilər qədər heç kimin hüququ çatmır”.

«Ararat» filminin rejisoru Atom Eqoyan. Ermənistan. «Mir» jurnalı.

***

«Qarabağın hər bir daşında, hər bir cığırında erməni şəhidinin qanı axıdılıb. Bu torpağa yalnız ermənilərin hüququ çatır». 

Xaçatur Sukiasyan. Ermənistan Milli Məclisinin deputatı.

***

«Böyük və qeyri-millətlərsiz Ermənistan yaratmalı. Bu bizim ən birinci məqsədimiz olmalıdır».

Armen Smbatyan. Ermənistanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyətli səfiri. Ermənistan. «Mir» jurnalı.

***

Bütün bunlar erməni ziyalıların sözləridir.

İndi isə keçək «öz ziyalılarımızın» dediklərinə:

«Mən ermənilərin Qarabağa olan hüququna etiraz edə bilmərəm». 

Rustam İbraqimbekov.

«Qardaşım dediklərinə görə lap əcəb eləyib». 

Maqsuq İbraqimbekov.

****

Mən R.İbraqimbekovun dediklərinə görə, onu qınamıram. Belə heç təəccüblənmirəm də… onu isə qınayanlara təəccüb edirəm. Və sual edirəm: məgər siz onun yazılarından xəbərsizsiniz? Öz doğma dilini bilməyən bu yazı yazan (yazıçı demirəm), görəsən, hansı bir yazısında millətin ağrısını, acısını yazıb üzə çıxardıb? Görəsən, millətin hansı ağrısı onu incidib, göynədib, yuxusunu əlindən alıb?

Çox böyük məmnuniyyətlə «Əlvida, Cənub şəhəri» filmini yazıb ekranlaşdırdı. Əsərdə göstərilirdi ki, felikslər, qusiklər, rubenlər Azərbaycanı tərk edirlər və onların yerinə qaloşda Ermənistandan gələnlər gəlir. İbraqimbekov isə buna dözə bilmir. Və onda nəyə görə, heç kəs bu filmə öz etirazını bildirmədi? Nəyə görə felikslər, qusiklər ölkəni tərk etməlidirlər, onların yerinə Qərbi Azərbaycandan, Qarabağdan əhmədlər, məmmədlər gəlməlidir? Bu isə onun nəzərində «milli faciədir».

Onun bütün yazılarının qəhrəmanları cinsiyyətləri və milliyətləri bilinməyən xoreklər, felikslər, qusiklərdir. Bunların isə hansı məzhəbə xidmət etmələri məlum deyil.

Bu xoreklər və qusiklər real həyatda nə qədər az nəzərə çarpıb gözə dəysələr də, İbraqimbekovun cızma-qaralarında daha çox görünürdülər. Millətçilik sözünü qətiyyən bilməyən (çünki millətləri məlum deyildi), antisovet sözünün mənasını dərk etməyən (çünki hansı quruluşda yaşadıqlarından xəbərləri yox idi), səkkiz sinif təhsili olan, uzaqbaşı texnikumla kifayətlənən bu məxluqlar 80-ci illərin sonlarına qədər Bakının ən simasız hissələri sayılan Artyom, Zığ, Lokbatan, Bayıl, “Ermənikənd”, “Zavaqzalnıy”, Razin, Montin tərəflərdə yaşayıb və parazit həyatı sürürdülər. 70-ci illərin əvvəllərindən 80-ci illərin sonlarına qədər bəzi hörmətli və vəzifəli “Bakinetslər”ə arxalanaraq onlarla dostluq edib, Bakıda hər bir sahədə “çuşka” adlandırdıqları əhmədlərə və məmmədlərə ot yoldurub meydan oxuyan, onlara gülüb ələ salan abramlar və mişalar, rubenlər və semolar o məlum hadisələrdən sonra bir qədər qorxuya düşüb Bakını kütləvi şəkildə tərk etməyə başladılar.

İndi isə onların xiffətini çəkən Rustam İbraqimekov, yəqin ki, mövzu qıtlığı çəkir. Ömründə bircə dəfə də olsun millətin dərdini dərk etməyən İbraqimbekov özünü «dünyəvi yazıçı» adlandırır.

***

«Çingiz Aytmatov dünyəvi yazıçıdır. Çünki, o öz yazılarında dünyanın bütün qlobal problemlərini əhatə edir. Bu dünyanın problemləri isə onun öz yazılarında qırğız xalqının problemlərinin bünövrəsində qoyulmuşdur. Əgər o, qırğız xalqının problemlərini dərk etməzsə, dünyanın dərdlərini dərk edə bilməzdi»…

R.Həmzətov;

«Çingiz Aytmatovun «Əlvida, Gülsarı» əsərini kövrəlmədən oxumaq mümkün deyil. Bu əsər qırğız xalqının bütün dərdlərini açıb göstərir. Ç.Aytmatovun nəfəs genişliyi, dünyəviliyi, böyüklüyü məni valeh edir». 

Ermənistanın xalq yazıçısı Qevorq Emin;

«Hər bir şəxsin öz doğma dilinə olan münasibətindən onun mədəni səviyyəsi və vətəndaşlığı bilinir. Öz doğma dilini bilməyən adam vəhşidir. Və öz xalqına zərərli ünsürdür». 

K.Paustovski;

 

«Öz dilini bilməyib, başqa dildə danışanların bir adı var – xain».

K.Uşinski 

 

***

Hə… Rustam İbraqimbekov, sən dünyəvi yazıçı ola bimədin. Çünki dünyəvi yazıçı olmaqdan ötrü gərək ilk növbədə öz xalqının yazıçısı olasan. Sən isə öz xalqının yazıçısı deyilsən.

Ola bilsin ki, sənin ətrafında olanlar, o cümlədən N.MixalkovY.Qusman və digərləri sənə deyirlər ki, «Rustam, pover, tvoya natsiya tebya ne ponimayet, potomu, çto vse oni çuşki. Tı qenialnıy pisatel. Tı qeniy». İnanma onlara. Çünki bu, belə deyil. Onlardan bir sözü soruş: ay, Mixalkov uzun illərdən bəri Kuril adalarına göz dikib özlərininki hesab edən yaponlar haqqında deyə bilərsənmi ki, onların da Kuril adalarına hüquqları çatır. Və yaxud da, ay Bakıda böyüyüb- boya-başa çatan “Bakinets” Y.Qusman, deyə bilərsənmi ki, İsrail-ərəb münaqişələrində o torpaqlara elə ərəblərin də hüququ çatır. Yox, onlar bunu deyə bilməzlər. Sonra deyirsən ki, ermənilər potensial biznesmendirlər, biznesi əla bacarırlar. İnan mənə, elə sən də biznesi pis bacarmırsan, əla bacarırsan. Ümumiyyətlə, sənin əlindən yazıçılıqdan başqa hər bir iş gəlir. Xüsusilə, alqı-satqı məsələlərini əla bacarırsan.

Çox təəssüflər ki, sən və sənin kimi milli hissdən uzaq olan həmkarların Vətənin, millətin nə olduğunu bilmirlər və xoşbəxtlikdən də heç zaman bilməyəcəklər. Çünki bu, çox ağrılı və göynərtili bir hissdir. Sənin bəxtin onda gətirib ki, belə məsələlərdən çox uzaqsan.

Görəsən, “Şöhrət” sözünün tərcüməsini bilməyən və Azərbaycanın istiqlaliyyəti uğrunda əlini ağdan-qaraya vurmayan R.İbraqimbekov özünü bu ada layiq bilirmi?!

musavat.com

635x100

Şərhlər

Aydın 2018-05-28 00:19:30

İBRAHİMBƏYOVDAN DA BÖYÜK XAİNLƏR,CİNATƏTKARLAR ÖLKƏNİ TALAN EDƏNLƏRDİRLƏR HANSI Kİ BEZİSİNİN ARVADI VE YA ANASI ERMƏNİDİRLƏR. ÖZLƏRİ DƏ OTURUB BURDA KRESLODA ÇAPIB TALAYIRLAR ÖLKƏNİ,MİLLƏTİ.

Adsız 2018-05-28 00:19:30

Nehayet, her şeyi öz adı ilə çağırmağın vaxtı yetişib: Azerbaycan Xarici İşlər Nazirliyində erməni olan şəxslər vardır. Bu hal rüsvayçılıqdır.

EL@COM 2018-05-28 00:19:30

ƏSİL ZIYALI OLAN RUSTƏM İBRAHİMBƏYOV XALQİNİ SEVƏN ONUN TƏRƏQQİSİNƏ ÇALİŞAN ŞƏXSİYYƏTDİR.MİLLƏTÇİ OLUB RUŞVƏTİ TAYFA BƏ YERLİÇİLİK HALLARİNA QARŞİ MUBARİZ OLMAYANLAR GÖRƏSƏN KİMLƏRDİR.

Elşad 2018-05-28 00:19:30

Bu boyda "elmi məqaləni" yazanın şəxsən özü bu Vətən, bu millət, bu dil və ölkə üçün hamının edə bilmədiyi, konkret hansı işləri görüb və indi yazdıqlarını niyə vaxtında, misal gətirdiyi olayların zamanında yazmayıb, indi kompaniya başlayanda yazır. Nəticə isə yeganədir- yəqin yenə nə isə UMACAĞI var.

Səda 2018-05-28 00:19:30

Cox sağ olun! Əslində illərdir fikrimizdən kecənləri yazmisiniz bu iki qardaş haqqinda. Təəssüf ki, hələ də beleləri cəmiyyətimizdə var və co yüksək mövqe tuturlar və xalqimiza cəmiyyətimizə , genofondumuza hələ də dəhşətli ziyanlar vururlar.Allah tezliklə xalqimizi onlardan qurtarsın.

Oqtay 2018-05-28 00:19:30

Çox savadlı güclü vaxtında yazılmış məqalədir və mənim başımdakı dolaşıq fikirləri yerbəyer etdi ,səliqəyə saldı Fəxr edirəm müəlliflə hər sözü hər cümləsidüppə düzdür Halal olsun sizin nəsilə bizim ŞƏKİNİN çörəyi

HƏLƏ GEC DEYİL... 2018-05-28 00:19:30

MÜQQƏDDƏS ANA YURDUMUZ AZƏRBAYCANIN DƏRBƏNT-BORÇALI-QARS-İGİDİR-TƏBRİZ-SULDUZ-ƏRDƏBİL-ƏRDAHAN VƏ NƏHAYƏT ZÜLM ALTINDA İNİLDƏYƏN PARIM-PARÇA OLMUŞ AZƏRBAYCANIN 400 MIN KV.KM. ƏRAZİNİ ERMƏNİ-XAİESLƏRİN "AHCİ-LƏRİN DOĞDUĞU DIĞA-LARIN" FİTNƏ-FƏSADIYLA İTİRƏ-İTİRƏ GƏLİRİK, BAKIDA "AHCİLƏRİ BƏSLƏYİRİK-DIĞALARI VARLANDIRIRIQ, VƏZİFƏLİ-HÖRMƏTLİ-VARLI-PULLU KİŞİ OLUBLAR ARTIQ-SAYLARI ARTIR-KAPİTALLARI ARTIR-MÖHKƏMLƏNİRLƏR-YÜKSƏK VƏZİFƏLƏRİ TUTUBLAR-İRİ BİZNES SAHƏLƏRİNİ İŞĞAL EDİBLƏR-VARLARINA VƏ VƏZİFƏLƏRİNƏ GÖRƏ ERMƏNİ-XAİESLƏRLƏ QOHUMLAŞIRLAR-DOSTLAŞIRLAR-QARDAŞLAŞIRLAR!", AZƏRBAYCAN-ZÜLM ALTINDA İNİLDİYİR-XƏZƏR ÇALXALANIR-BİZ İSƏ YATIRIQ-YA DA YALNIZ QARNIMIZI VƏ CİBİMİZİ DÜŞÜNÜRÜK! VƏTƏN-ANA YURD ƏLDƏN GEDİR-CƏMİYYƏTİMİZİ SARSIDIRLAR! QARABAĞ-7 RAYONDA AT-OYNADIRLAR-TALIYIRLAR-DAĞIDIRLAR, ZƏNGƏZUR-DƏRLƏYƏZ-GÖYÇƏNİ ÖZƏLLƏŞDİRİBLƏR! -CƏMİ 86,6 MİN QALIB-20 FAİZİ DƏ İŞĞAL ALTINDA! HEÇ OLMASA BU QALAN VƏ AZAD OLAN AZƏRBAYCANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEV DÜHASININ VƏ ŞƏHİDLƏRİMİZİN CANI-QANI BAHASINA QALAN YURDUMUZDA ÖLKƏMİZİN LİDERİNİN ZATİ-ALİLƏRİ İLHAM ƏLİYEV CƏNABLARININ TAPŞIRIQ-TÖVSİYYƏLƏRİNƏ VƏ ÇAĞRIŞLARINA VƏ AR MÖVCUD KONSTİTUSİYASINA-QANUNLARINA HÖRMƏT VƏ EHTİRAMLA YANAŞAQ VƏ SAĞLAM ƏDALƏTLİ VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ BÜTÜN HÜQUQ AZADLIQLARIN QANUN QARŞISINDA BƏRABƏRLİYİNİ TƏMİN EDƏN DÖVLƏT QURAQ-YOXSA BİZ HARA GEDİRİK?

Mirzə AĞ 2018-05-28 00:19:30

Nə fərqi var, itə də "ityuşa" deyirlər də! Mənim nəzərimdə onlar da İtyuşa kimi bih zaddırlar...

AAgahuseyn 2018-05-28 00:19:30

Halal olsun Sizə B Vahabzadə Qaradaqdan deputat seciləndə sizə səs vermişdim.ALLAH SİZİ RƏHMƏT ETSİN.O ki qaldı İSPƏNDİYAR Müəllimə O,vaxtında əfqanstanda ölümlə üz-üzə olanda sən harada iydin fikrət-127 hər bir iş yerini əzbər yazmısan ƏFQANSTANI niyə unutdun.Bəlkə səndə ibraqimbekovun bacısı oqlusan.İSFƏNDİYAR MÜƏLLİM B.VAHABZADƏNİN OQLUDUR özüdə ŞƏKİLİDİR MƏN CƏLİLABDLIYAM.ERMƏNİ İTDƏN DƏ MUNDARDIR.Onu tərifləyənlər isə ermənidir.Onu tərifləyənlər dayısı erməni olanlardır.

T.Seferov 2018-05-28 00:19:30

Azerbaycan xalqinin boyuk ogluna sifariisle camur atmaq ... Baxtiyar Vahabzade cox utanardi bu yazidan...

Yaqub 2018-05-28 00:19:30

Ermənilərdən sitat gətirəndə ziyalı sözünü niyə dırnaqda yazmır?

emil-Ə CAVAB: 2018-05-28 00:19:30

Esitdiyimä görä dünän sou ählinä ucdan tutma hamisini xalg artisti gayiriblar..

[email protected] 2018-05-28 00:19:30

Ne eceb bu professor oz karyerasindan yazmir Nece olur ki? 34 yasinda Baki partiya komitesinde telimatci 2 il? Sabael icra bascisi 36 yasinda 1 il? Xarrici isler nazirliyinde sobe muduri 37yasinda 2 il?Medeniyyet nazirliyinde muavin 40 yasinda 3 il sonra Moldovada? Belarusda?Pakistanda sefir?BMT-da ve diger beynelxalq qurumlarda Azebaycanin resmi numayendesi? diaspora komitesinin sedr muavini Maraqlidir bu muxtelif yuksek pilelerde cox qalmayan insan yazmaqdan basqa oz isin ohdesinden gele bilibmi ?

Arif 2018-05-28 00:19:30

Rüstəm İbrahimbəyovun BACISI OQLU-E.Memmedyarov nazirdir(XIN) ve Kremlin adamidir..., Azerbaycan dilinde CHOX CHETINLIKLE danishir, o, Daqliq Qarabaq probleminin hellini IFLIC EDIB... ve ALDADICI IMITASIYALAR ile MESHQULDUR... ADA(Diplomat. Akademiya) sayti : www.ada.edu.az YOXDUR AZERBAYCAN DILINDE, BU ABSURDUN ADI NEDIR ? KQB CESUSLARI, Azerbaycan hakimiyyetinde CHOX YUKSEK VEZIFELERDEDIRLER, BUNLAR, AQIR ZERBELER VURURLAR AZERBAYCANA ve HER BIR VASITELERDEN DAIMA ISTIFADE EDIRLER...

Zahir 2018-05-28 00:19:30

Niye hirslenirseeen... Bu gün de Hüseyne qusik, isfendiyara isik, ramize roma, ilhama ilyuśa , bextirara baxtik...ve s. deyirler... Indi ağına bozuna baxmadan .... Bax gör kim bu ölkede neler edir...

Semed 2018-05-28 00:19:30

indi gorun Azerbaycanda kim hakimiyyete gelmek isteyirdi ......

hellas 2018-05-28 00:19:30

A qadan alım urus ayısı!! Ə, 3 bundan əvvəl buo "VƏTƏNŞÜVƏN" şəxslər harda idilər!! İndi özlərinə əl qatıblar! Yoxsa, Yapon İmperatorları (Z.H.) .... özlərinə əl qatməşları atıblar ortaya?? P.S. Örkəm nə qədər uzun olsada yenə gəlib doğanaqdan keçəcək.

G.M 2018-05-28 00:19:30

Azərbaycan qədər antimilli yaltaq Ziyalısı,şairi olan ikinci bir ölkə tanıyan varmı görəsən..R.İbrahimbəyovun kölgəsini ``yalayanlar`` bu gün ayılıblar ki...vay aman Rüstəm xalq düşməni imiş.....bu abırla yaşadığımız haram ömürlə hara gedirik.

Bashirov Qarib 2018-05-28 00:19:30

R.İbrahimbıyov dunya şöhrətli bir şəxsdir.Azərbaycana həmişə baş ucalıgı gətirib.Onun timsalında dunya əsl azərbaycanlıların tipini tanıyıb.Qafkaz triosu filminə də diqqətlə baxdım. Həyati və real bir filmdir.Fərhad surəti əsl mərd azərbaycanlı tipayıdır.Dostluq necə olmalıdır,bəs.Dunyaya R.İbrahimbeyov kimisini bəxş etdiyinə gorə mən azərbaycanlı olmagımdan qurur duyuram.Aqayansın azərbaycanlı olan oglundan sarı mubarizəsi də alqışlanmalıdır,hətta separatizmə qarşı açıq çıxışlar edir.Bunun nəyi pisdir ki.

səmədə 2018-05-28 00:19:30

"Azərbaycanda məmurların ətəklərində namaz qılınmalıdır". P.S.Azərbaycanda vəzifəyə bu məmuelardan pisi gəlməyəcəkdir.

emil 2018-05-28 00:19:30

İsfəndiyar Vahabzadə kimilerinin adini indi esidirem.Bunnan gabag (belä ziyalilarin) sesleri cixmirdi. Indi xeyir olag? Esitdiyimä görä dünän sou ählinä ucdan tutma hamisini xalg artisti gayiriblar..

t.ədalət 2018-05-28 00:19:30

İbrahimbekov tək deyil.Azərbaycanda erməni sevdası ilə yaşayan çoxsaylı anası və arvadı erməni olan deputatlar,yüksək çinli məmurlar var.erməni söhbəti düşdüsə,gərək hamısını araşdıraq.ermənini tərifləyən filmlərdən biri də "Sarı gəlin"dir.Bu film dövlətin maliyyəsi ilə çəkildi və müd.nazirliyinin yüksək rütbəli zabitlərindən məsləhətçi də təyin etdilər.Ayaz Salayevi də tərifləməyə ehtiyac yoxdur.Yəqin onun "Ağ,qara gecə" filminə baxan olub.O film də xalqımızın ünvanına bir təhqir ünvanıdır..

BAKIDA SAYI 500 MİN OLAN VƏ 2018-05-28 00:19:30

AZƏRBAYCANDA-BAKIDA SAYI 500 MİN OLAN VƏ "DAŞNAKSÜTÜN" TERROR TƏŞKİLATININ AZƏRBAYCANIN DÖVLƏT HAKİMİYYƏT ORQANLARINA MƏDƏNİ YOLLA İNTEQRASİYA EDİLƏRƏK SIZDIRILAN-qırağdan dəstək alaraq YÜKSƏK ALİ VƏZİFƏLƏR TUTMAQLA ŞƏRLƏMƏ-TORBATİKMƏ YOLUYLA VƏ DİGƏR VASİTƏLƏRLƏ AZƏRBAYCANLILARA ZÜLM ETMƏKLƏ KOORUPSİYA-RÜŞVƏTLƏ ABORİGENLƏRİ SOYUB-TALAYAN, 100 MİLYARD DOLLARLIQ AKTİV VƏ 2 DƏFƏDƏ ARTIQ PASSİV KAPİTAL ƏLDƏ ETMƏKLƏ, O CÜMLƏDƏN İRİ BİZNES SAHƏLƏRİNİ MONOPOLİYA EDƏN MƏMUR-OLİQARXA ÇEVRİLƏN, "YEST TAKAYA NASİYA BAKİNEC", "BAKILI", "KÜRD", "NAXÇIVANLI", "DAĞLI", "YERAZ", "TALIŞ", "QARABAĞLI", "GÜRCÜSTANLI", "YƏHUDİ", "HƏCÜ-MƏCÜ", "MƏŞƏDÜ-KƏBLEYİ" adlar altında MASKALANARAQ LAKİN BİR MƏRKƏZDƏN İDARƏ OLUNARAQ MAFİOZTİK STRUKTURUN - ERMƏNİ-XAİES "AĞÇİ"-ların doğduqları "DIĞA"LARIN 100 İL SONRADA MÖVCUD OLAN REAL TƏHLÜKƏSİ: ...AZƏRBAYCANDA MÖVCUD ERMƏNİ-XAİES MAFİYASI 26 İLLİK MÜSTƏQİLLİK İLLƏRİNDƏN 100 MİLYARD DOLLARLIQ AKTİV VƏ 2 DƏFƏDƏ ARTIQ PASSİV KAPİTAL ƏLDƏ ETMƏKLƏ MÜTLƏQ GÜCƏ ÇEVRİLMƏKLƏ AZƏRBAYCANI AĞÇİLƏRİN DOĞDUQLARI "DIĞASTANA"-XAİESTANA ÇEVRİLMƏSİ ÜÇÜN BÜTÜN CƏBHƏLƏRDƏ, AZƏRBAYCANDA-BAKIDA AZƏRBAYCANLILARA QARŞI VURUŞURLAR!!!

Mirzə AĞ 2018-05-28 00:19:30

Böyük BƏXTİYARın çörəyi halal olsun sənə! Öpdüm səni, qardaş!!! Millətimə, dilimə kəm baxanın qəlbinə tüpürüm!!!

R-n 2018-05-28 00:19:30

Bu ters sille dediyinizden,hakimiyyetde olan ermenilere,arvadi,anasi ermeni olanlara ne vaxt vurulacag,umumiyyetle vuran tapilacagmi?Bu Ibrahimbeyovun geletlerinden azdirmi?Muellifle raziyam,sovet dovrunu cixmag sherti ile.Eyer o dovrde millet ucun nese elemek olardisa,H.Aliyev ederdi.

Zahir 2018-05-28 00:19:30

Ay politika info, yazdığımı kesirsen, eyb etmez , amma o elmler doxturuna gönder, qoy görsün ki, bu mentiqin sahibi haqqında ne deyirler

emil 2018-05-28 00:19:30

Kinoya baxanda yazir baxmayanda yazir.Bir kinoya baxin sonra baslayin yazmaqa. Kino cox yaxsi alinib.Ailäliklä mämnuniyyätlä baxdig vä cox bäyändik! Dirnag arasasi ziyaliciklerin hay küyünä az gulag asin onnansa filme diggetle baxin!

Son yazılar