RÜSTƏM İBRAHİMBƏYOV VƏ NİKOLAY TRUBETSKOY

Dərc olunub: 28/05/2018 - 14:57

Etibar EliyevEtibar ƏLİYEV

Bizim xaricdə yaşayan görkəmli adamlarımız sarıdan bəxtimiz gətirməyib. Götürək artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, Sovet kosmik proqramının banilərindən biri sayılan Kərim Kərimovu. Bu adam kişi kimi bir dəfə də olsun ağzını açıb Qarabağ haqqında danışmadı. Dahilər dahisi hesab etdiyimiz Lütfi Zadə də həmçinin. Bunlar danışmadılar, ancaq başqa bir görkəmlimiz milləti aşağılayan film çəkdi. Bu adamın titullarına tamaşa edin: “Azərbaycan dramaturqu, ssenarist, prodüser və kinorejissor, xalq yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan dövlət mükafatı laureatı”. Hələ üztəlik ona “Şöhrət” ordeni də verilib.

Bu adamın Qarabağın işğalından, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsindən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortaya qoyduğu filmə baxın. Epitemey təfəkkürlü, ermənipərəst Azərbaycan xalq yazıçısı! Ermənilər kəndbəkənd, şəhərbəşər xalqımıza divan tutublar, tarixi abidələri məhv ediblər, körpə uşaqları doğrayıblar. Deyəsən Rüstəm İbrahimbəyovun bunlardan xəbəri olmayıb. Bu rejissor-biəməl deyəsən Moskvada tez-tez görüşdüyü Zori Balayanın yazılarını, müsahibələrini də oxumur. Adi məntiqlə yanaşsaq, ona cavab vermirsə, demək onunla razılaşır.

Deyirlər ki, Rüstəmgil əsilzadədir. Yəni Əhməd bəy Ağaoğludan da nəcabətlidir? Əhməd bəy Ağaoğlunun “Bakı hadisələri haqqında” məqaləsi erməni alçaqlığının və hiyləsinin mahiyyətini açır. Yeri gəlmişkən, bu məqalə dərsliklərə salınmalıdır. Bunu da oxumayıb?

Rustem IBR

Bu bədbəxt “əsilzadə” bilirmi ki, Eduard Qulyan kimi erməni milyonçuları gəlib Şuşada məskunlaşan ermənilərə evlər tikirlər, məktəblər açırlar. Bu nataraz tip isə millətin əleyhinə kino çəkir.

Bəlkə rus linqivisti, tarixçisi, filosofu və publisisti knyaz Nikolay Trubetskoyu (1890-1938) da tanımır? Nikolay Trubetskoy Moskva Dövlət Universitetinin rektoru olmuş knyaz Sergey Trubetskoyun oğludur və “Avrasiya nəzəriyyə”sinin banisidir. N.Trubetskoy “Qafqaz xalqları haqqında” əsərində yazır: “Zaqafqaziyada qurulan hansı rus hökumətindən asılı olmayaraq rus oriyentasiyasına meyilli olan ermənilər var. Ciddi erməni separatizmi mümkün deyil. Ermənilərlə hər zaman razılaşmaq asandır. Lakin onlara arxayın olmaq, inanmaq səhvdir. Ermənilər parazit xalqın və mütiliyin bütün cizgilərinə malikdirlər. Onların daşıdıqları antipatiya öz qonşularına nifrətə qədər gəlib çatıb. Bu antipatiya və nifrəti onlarla həmfikir olanda belə unutmamalısan”.

Təkcə bu ifadələrdən bir neçə film çəkmək olar.

Əsilzadəlik bax belə olar e, tovariş İbraqimbekov!


loading...




Fikrinizi bildirin