ABUTALIBOVUN OĞLU BAKIDA RESTORAN AÇDI – Fotolar

Dərc olunub: 28/05/2018 - 17:10

3

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu restoran açıb. Criminal.az xəbər verir ki, onun oğlu İsrafil Abdutalıbovun yeni restoranı Biləcəri qəsəbəsində yerləşir. Adı ”Ətirşah” olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib.

Bir müddət əvvəl mətbuatda İsrafil Abutalıbov (yeni adı Abu Bəkr – gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alması xəbəri yayıldı. “Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib. Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib.

Sonradan isə İsrafil Abutalıbovun vəhhabilərə yaxınlaşdığı, daha dəqiqi onlar kimi davranmağa başladığı iddia olunur. Valideynlərinin bununla bağlı etirazlarına da məhəl qoymadığı, düşüncəsindən dönməmdiyi vurğulanır. Gündə 5 rükət namazını qıldığı, vaxtını dini ədəbiyyatlar oxumaqla keçirdiyi bildirilir. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr etdiyinə, onu başa düşmələrini istədiyinə, yaxınlarının da “Allah yoluna gəlməsini” tələb etdiyinə dair iddialar var.
12

 

5b0bea3b89bf4_1527505096_22181447_2061410714103245_7809678220589797108_o


loading...




Fikrinizi bildirin