Moskvada Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub

Rusiya paytaxtında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasim paytaxtın “Avropa” sarayında baş tutub.

Mərasimdə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya Xarici İşlər Nazirliyinin dördüncü MDB ölkələri departamentinin rəhbəri Aleksey Pavlovski, Dövlət Dumasının deputatları, Rusiyanın tanınmış dövlət, ictimaiyyət və mədəniyyət xadimləri iştirak ediblər.

Qonaqları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu salamlayaraq, Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən danışıb. Mərasimdə çıxış edən İlyas Umaxanov Azərbaycan xalqının AXC-nin yaranmasının 100 illiyi münasibəti ilə təbrik edib.

Tədbir müsiqi proqramı ilə davam etdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar