İranda etirazlar böyüyür - Azərbaycan şəhərləri ayağa qalxdı

Güney Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Marağa şəhərinin yük maşını sürücüləri də Məclis meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Marağalı yük maşını sahibləri məsullardan sığorta haqlarının artırılması, yük daşıma xidmətinin ucuz olması və maşının ehtiyat hissələrinin baha olması məsələlərinə baxılmasını tələb ediblər” - məlumatda qeyd olunub.

Sürücülərin maşınları ilə birlikdə Məclis meydanına toplaşdığı bildirilib.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı bir neçə gündür Güney Azərbaycanın Təbriz, Ərdəbil, Həmədan, Qəzvin, Sulduz, Qoşaçay, Tikantəpə, Azərşəhr (Tufarqan) və s. kimi şəhərlərində etiraz aksiyaları keçirilir.

635x100

Şərhlər

yüsüb 2018-05-28 22:36:20

niyə vikidə iran haqdakı yazıda azərlərin sayı cəmi 16 faiz göstərilib? siz bunu araşdırıb yeni faktlar ortaya qoyun..onsuzda bəllidirki iran adının heç yüz yaşı da yoxdur..

Son yazılar