İsrail parlamentində qondarma “erməni soyqırımı” məsələsi gündəlikdən çıxarılıb

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

APA-nın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb. “Çünki qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, spikerin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçirilməli idi. Müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış etmişdi.

635x100

Şərhlər

t.ədalət 2018-05-28 23:48:14

İsrailin geri çəkilməsinə səbəb özünün çoxsaylı müsəlman qətli törətməsidir.İndi dünyanın gözü önündə bu qədər müsəlman qıran bir ölkənin kimisə "soyqırımda" ittiham etməsi mümkün deyil..

Son yazılar