BAYTARLIQ XİDMƏTİNƏ YENİ RƏİS TƏYİN OLUNDU - Foto

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib.

O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib.

Bayandur Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib (1991-1996).

2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011).

2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.

Şərhlər

Cəmşid Dərələyəzli 2018-05-29 11:10:24

Umarıq xeyirli uğurlu olar. Səhiyyə Nazirliyindən önəmli olan bu qurum demək olar ki, keçmiş Nazir Heydər Əsədovun xeyir duası ilə ona başçılıq etmiş Azər Süleymanov tərəfindən tam iflic edilmişdir. İllərlə sərhəd qapılarından bunların sayəsində ölüm saçan qida məhsulları daşınıb. Azər bəy bütün şöbələrin işini fiyaskoya uğradıb. Tək əllilik o həddə çatıb ki, Şöbə rəisi onun icazəsi olmadan şöbədən çıxan məktubu izlətdirə bilməzdi belə.

Son yazılar