Azər Qasımlı ilə bağlı məhkəmə qərarı açıqlanıb - Polisə müqavimət... (Yeniləndi)

Bu gün Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində inzibati həbs seçilib.

APA-nın xəbərinə görə, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.

***

REAL Partiya Məclisinin üzvü Azər Qasımlı Azərbaycan Baş Prokurorluğuna çağırılıb.

"Report" xəbər verir ki, bu barədə REAL partiyası məlumat yayıb.

Məlumata görə, A.Qasımlı daha sonra Yasamal Rayon Polis İdarəsinə aparılıb.

635x100

Şərhlər

Akif 2018-05-29 20:35:14

Azər Qasımlı əsl Cumhiriyyətçidir və o digər milyonlarla vətəndaşlarımız kimi Azərbaycanda demokratik dövlətin yaradılması uğrunda fədakarlıqla mübarizə aparan şəxsdir..........

G.M 2018-05-29 20:35:14

Yaxşı qurtarıb...Tutub ona da Xalq Artisti fəxri adı versəydilər nə edərdi.Qohum,əqrabanın qarşısına hansı üzlə çıxardı.

miri 2018-05-29 20:35:14

Ciblərini axtarın. Tank, raket ola bilər.... Vallah ayıbdır. Amma utanmasan,oynamaqla nə var.

Müfəttiş 2018-05-29 20:35:14

Narkotik ittihami dəbdən düşüb deyəsən. Belə çıxir ki, kimliyindən asılı olmayaraq poqon daşıyan hər bir şəxsə papağımızı çixarıb təzim etməsək məəsuliyyət daşıyırıq....

Son yazılar