Putin Azərbaycana səfir təyin etdi

Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.

"Report" xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar