Ermənilər girov azərbaycanlını öldürüb? - Video

Erməni hərbi portalı itkin azərbaycanlının öldüyünü iddia edib

Ermənistanın hərbi portalı “Razminfo” Kəlbəcərdə itkin düşmüş Cəbrayıl sakini Həsən Həsənovun şəkillərini yayıb.

Həsənin “Facebook” səhifəsindəki şəkillərini paylaşan portal onun Kəlbəcərdə müqavimət göstərən zaman öldürüldüyünü iddia edib. Amma meyitin şəklini təqdim etməyib.

Portal Həsən Həsənovun Cəbrayılda doğulduğunu, Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdiyini yazıb. Həmçinin hərbi akademiyanın kursantı kimi şəkillərini dərc etdirib. Onun “Biz Qarabağı qaytaracağıq” başlığı altında çox sayda hərbi xəbərlər topladığı və yaydığı da bildirilib.

Xatırladaq ki, iyulun 11-də işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlılar girov götürülüb. Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov olublar. Ermənilər Dilqəm və Şahbazı girov götürüblər, Həsəsn barədə isə heç bir məlumat verilməyib.

Bəzi mətbuat orqanlarında H.Həsənovun ermənilər tərəfindən öldürüldüyü bildirilsə də, Ermənistanın müdafiə naziri Seyran Ohanyan sadəcə azərbaycanlı "diversant" adlandırdığı qrupun ələ keçirildiyini deyirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar