Millimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb

Dərc olunub: 29/05/2018 - 22:29

a2ef0c53-46fd-4610-be21-cf33d64f8892_292Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qırğızıstan yığmasını qəbul edib.

Bakı Olimpiya Stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın heyətində 17-ci dəqiqədə kapitan Maksim Medvedev, 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib. Hər iki qol künc zərbəsindən sonra başla vurulub.

Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.

Mədətovla Abbasov əsas yığmada ilk qollarını vurublar. Azərbaycan millisi isə Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq görüşü

20:00. Azərbaycan – Qırğızıstan – 3:0

Qol: Maksim Medvedev, 17. Mahir Mədətov, 75. Urfan Abbasov, 84

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy

Bakı Olimpiya Stadionu








loading...


Fikrinizi bildirin