Tundrada azərbaycanlı 200 minlik saxta araqla ələ keçdi - FOTO

Rusiyanın Komi respublikasının Uxta şəhərində saxta araq istehsal edən Azərbaycan vətəndaşı saxlanılıb.

Komi DİN-in mətbuat xidmətindən BNK informasiya agentliyinə daxil olan məlumata görə, əvvəllər də saxta alkoqollu içki istehsalı ilə məşğul olan 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşına məxsus anbardan 200 min rubl dəyərində saxta araq götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Uxta şəhəri Rusiyanın ən soyuq bölgələrindən olan tundrada yerləşir.

Musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar