Çexiya Qüdsdə fəxri səfirlik açıb

Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib. APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Çexiya jurnalistlərinə fəxri konsul Dan Propper bildirib.

“Mənim əsas məqsədim, hər şeydən öncə, İsrail və Çexiya arasında iqtisadi münasibətləri inkişaf etdirməkdir. Mənim İsraildəki sahibkarlar təbəqəsi ilə uzun illərdir yaxşı münasibətim var. Bundan başqa, şəxsi müsbət təcrübəm əsasında İsrailin Çexiyadakı sərmayələrini genişləndirmək niyyətindəyəm”, - deyə Propper bildirib.

Qeyd edək ki, Çexiyanın Qüdsdəki fəxri konsulluğunun açılışına dair rəsmi razılıq Dan Propperə mayın 28-də İsrail XİN-də təqdim edilib.

635x100

Şərhlər

Müsəlman 2018-05-29 23:15:17

Artıq xristian dünyasının ölkələri bir-bir israildə ki,səfirliklərinin Qüdsə köçürürlər.Deməli Qüdsü İsrailin paytaxtı kimi tanıyırlar. Müsəlman dünyası isə demək olar ki,susur.Rusiya Krımı öz tərkibinə qaytardığına görə,ABŞ başda olmaqla bütün əlaltıları Rusiyaya qarşı sanksiya tətbiq edirlər.Ancaq ABŞ-n BMT nizamnamısinı zidd hırıkıtinı qarşı Türkiyıdın başqa heç kim reaksiya vermıdi.Bu gün də yenə müsəlman dünyası susacaq.

Son yazılar