İŞİD-in Türkiyədə dövlət əleyhinə təbliğatı üzə çıxdı

İŞİD terror qruplaşmasının Türkiyədə əhalini dövlətə qarşı təxribat törətməyə yönləndirdiyi və seçkilərdə iştirak etməmələri üçün çağırış etdiyi məlum olub.

Axar.az xəbər verir ki, bu məlumat Türkiyədə mart ayında keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılan İŞİD üzvlərinin ifadələrindən sonra üzə çıxıb.

“Seçkilərdə heç kimə səs verməyin, uşaqlarınız bu dövlətin məktəblərinə göndərməyin. Uşaqlarınızı bizim mədrəsələrə göndərin. Dövlətin imamlarının arxasında namaz qılmayın. Bizim öz din adamlarımızın arxasında namaz qılın. Çünki onlar həqiqi müsəlman deyil”, - terror qruplaşması əhali arasında bu fikirlərin yayılmasına səy göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar