GÖMRÜKDƏ DAHA BİR İDARƏNİN RƏİSİ DƏYİŞDİ - İcra başçısının oğluna yeni vəzifə verildi

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə yeni rəis təyin edib.

Unikal.org-a daxil olan məlumata görə,S.Mehdiyev Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimovu tutduğu vəzifədən azad edərək, onu Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.

Xatırladaq ki, Vidadi İbrahimov Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur.

635x100

Şərhlər

Kənardan gözəl görünür,içi bulaşıq! 2018-05-30 12:20:03

şilo na mılo.Sonra da utanadan yazırlar ki, kadr dəyişikliyi edirik.Gömrüş klandan təmizlənməsə xeyri olmayacaq.Yerdəyişmə ilə nəticə dəyişmir.

Narazı sakinlər 2018-05-30 12:20:03

Konford şadlıq evi, Gran hospitalın sahibləri Xan Şüşinski 55 ünvanında sakinlərə qan qusdururlar. Halal mənzillərini zorla dəyərindən qat-qat ucuz qiymətə alırlar. Şikayət etsək də xeyri yoxdur, çunki arxalarında iri çiyinli məmurlar dayanır.Heç kəsdən qorxmurlar. Harınlanmış bu insanları dayandıran tapılar görəsən. Bunların sakinlərə zülmun haraya qədər olacaq.Hacı Rafiq cəsarət tapıb gəlib sakinlərlə görüşəcək görəsən.

Cəbrayıl 2018-05-30 12:20:03

Belədir də,Bura Azərbaycandır.Bir kasıb oğlunu heç yada salan var? Guya ki, onların işərisində yararlı kadr yoxdur? Var və özü də məsuliyyətli.Ancaq... pullu adamın oğlunu qoyub.kasıbı sayan var? Bir də ki, yerlilik bə qohumluqolan yerdə beləeylər yada düşməz!

G.M 2018-05-30 12:20:03

Varlı balaları Vəzifələri,Kasıblar Vətəni sevirlər.Varlılar Xarici ölkələrə ``İş adamı`` kimi...Kasıblar ancaq mühacirət edə bilirlər.Bu anormal reallığı Ədalət müstəvisində yoluna qoymaq üçün təcili tədbirler görüləcəyinə ümidlər hələ də sona çatmayıb.

Son yazılar