Fransa prezidenti aktrisa ilə evlənir

Fransa prezidenti Fransua Olland aktrisa rəfiqəsi Jyuli Qaye ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu proses avqust ayındakı məzuniyyət zamanı baş tutacaq.

Prezidentin məzuniyyəti avqustun 5-də başlayacaq və cəmisi 10 gün davam edəcək. “Artıq 3 aydır söhbət gedir ki, o (Olland) Jyuli Qaye ilə avqustun 1 2-də nikah bağlayacaq”. Bunu isə “Parisien” qəzeti yazıb. Avqustun 12-nə gəldikdə, bu tarixin təsadüfən seçilmədiyi bildirilir. Həmin gün Ollandın 60 yaşı tamam olacaq.

Bundan əlavə, tanınmış astroloq Elizabet Tesye hələ fevral ayında deyib ki, prezident nikahını avqustun 12-də bağlaya bilər.

Qeyd edək ki, yanvar ayının ortalarında “Closer” jurnalı Fransa prezidentinin aktrisa Jyuli Qaye ilə gizli sevişdiyini əks etdirən material çap edib. Prezident bu faktı təkzib edərək demişdi ki, o, vətəndaş nikahında olan həyat yoldaşı, jurnalist Valeri Trierveylerlə həyatının çətin dövrünü keçirir. Bir qədər sonra isə bu cütlüyün münasibətlərinə son qoyuldu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar